Dünya 12.10.2023 19:55

Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistanda Qərbi Azərbaycanlıların qayıdış xəbəri aləmi qatdı” adlı süjetdə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlətindən sonra Ermənistanda təşviş yaşandığı, hüquq müdafiəçisi obrazında çıxış edən Arman Tatoyan da daxil olmaqla mətbuat və ekspertlərin Azərbaycan tərəfinin Ermənistana 100 min azərbaycanlını yerləşdirmək niyyətində olduğu ətrafında siyasi hay-küy qaldırmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycan İcması vaxtaşırı həm erməni siyasi dairələri, o cümlədən beynəlxalq qurumlar qarşısında mühüm məsələlər qaldırıb: “Bütün bu müraciətlərə Ermənistan hakimiyyəti son 35 ildə heç bir reaksiya verməmiş, məsəsləni ciddiyə almamaq davranışı göstəriblər. Ermənistan hakimiyyəti bu gerçəyi qəbul etməlidir. Media eksperti, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Tiqran Koçaryan məsələni belə şərh edir: “Azərbaycan diplomatiyasını və Paşinyanın imkanlarını bildiyindən əminəm ki, Nikol Paşinyanın bu məsələ ilə bağlı ilkin  razılığa gəlib. Əminəm ki, sənədlərdə əksini tapan bütün antierməni tezisləri Nikol Paşinyanla razılaşdırıb. Azərbaycanlar Zəngəzur, Zəngibasarda yerləşən kəndlərinə qayıdacaqlar. Bu gün Zəngəzurda elə kəndlər var ki, cəmi 10 ailə yaşayır. Bu yerlərdə əvvəllər azərbaycanlılar yaşayıb. Bununla bağlı Paşinyan bilirsiniz nə deyir? Əgər bu kəndlər sisin üçün yaxşıdırsa, niyə gedib ermənilər orada yaşamırıar?!

Tanınmış türkoloq Varujan Geğamyan məsələni şərh edərək bir az da dərinə gedir və erməni ictimaiyyətini çaşdırmaq istəyir: “Əgər bu ərazilərə baxsaq onlar tamamilə Azərbaycanda qaldırılan  Qərbi Azərbaycan deyilən ərazilər ilə üst-üstə düşür. İndi bu ərazilər azərbaycanlıların əlində olacaq. Azərbaycan tərəfi Ermənistanı tərk etmək məcburiyyətində qalan azərbaycanlıları bütün bu ərazilərə qaytarmaq istəyir. Sonra bu insanların təhlükəsizliyini təmin etmək üçün qoşunlar ora göndəriləcək”.

Qeyd olunur ki, erməni siyasətçilərini və media ekspertlərini təəccübləndirən məqam Ermənistanda çoxlu çoxmərtəbəli binaların tikintisinin sürətlə həyata keçirilməsidir. Belə yaşayış layihələrinin həyata keçməsi ermənilərdə şübhələr doğurur. Ermənistanda bu evlərin tikilməsini Qərbi Azərbaycanlılar üçün edildiyi hiddətlə deyilir.

Sonda vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də keçirilən Qlobal Media Forumunda bəyan etdiyi kimi, yaxın 3 ildə 150 ​​mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq: “Ermənistanın regionun yeni reallıqları ilə barışaraq, Qərbi Azərbaycanlıların da tarixi torpaqlarına qayırmaq hüququnu tanıyıb, bu işə səy göstərməklə qonşu ölkələrlə sülh və dinc şəraitdə yaşamaq, monoetnik dalan olmaqdan çıxmaq siyasəti yolunu tutmaqdan başqa çıxışı yoxdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 12-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Təhlil / 12.10.2023 19:55
Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO
Təhlil / 12.10.2023 17:14
Ermənistan niyə sülh istəmir – TƏHLİL - FOTO
Siyasi / 12.10.2023 13:50
Ermənistanda təşviş: “100 min azərbaycanlı qayıdır” – ANONS
İdman / 12.10.2023 12:22
Turnirə hazırlıq görüşü: “Ardanış” – “Göyçə”- 9:7 - FOTO
Gündəm / 11.10.2023 19:52
Böyük Ermənistan” xülyasının məhv etdiyi talelər”
Gündəm / 11.10.2023 13:35
1918-1948-1988-ci illərin acı deportasiya tarixi – ANONS - VİDEO
Müsahibə, Video müsahibə / 11.10.2023 12:16
“Əgər İrəvanda qazıntılar aparılsa, oradan yalnız Azərbaycan izləri çıxacaq” – MÜSAHİBƏ - FOTO - VİDEO
İdman / 11.10.2023 10:23
Turnirə hazırlıq görüşü: “Çəmbərək” – “Loru-Borçalı”- 4:4 - FOTO
Hadisə / 10.10.2023 20:01
Ermənistandakı Azərbaycan qəbiristanlıqlarının taleyi - VİDEO
İdman / 10.10.2023 12:30
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başlayır - FOTO
Müsahibə / 09.10.2023 20:20
“Oğuz xanın məzarı Göyçə gölü ətrafındadır”-MÜSAHİBƏ - FOTO - VİDEO
Elm və təhsil / 08.10.2023 21:35
Azərbaycan məktəblərində Qərbi Azərbaycan tarixi tədris olunurmu? - FOTO - VİDEO
Sosial / 07.10.2023 20:05
Gorusun ən böyük azərbaycanlı kəndi Şurnux - FOTO - VİDEO
Gündəm, Sosial / 06.10.2023 20:01
“Vətənə qayıdanda quruyan bulaqlardan su təzədən gələcək” - FOTO - VİDEO
Dünya, Təhlil / 06.10.2023 16:57
Makronun batan Fransası – böyük dövlətlərin çöküşü – TƏHLİL
Dünya, Təhlil / 06.10.2023 16:05
Səudiyyə Ərəbistanı-İran – baş vermiş olaylara nümunələr – TƏHLİL
Hadisə, Sosial / 06.10.2023 13:19
“Qaçaqaç zamanı itimi açıb buraxdım” – Aydın Əliyevin “Həyat Hekayəsi”- ANONS
Elm və təhsil / 06.10.2023 13:07
Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb - FOTO
Gündəm / 05.10.2023 19:49
Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə - FOTO - VİDEO
Siyasi / 05.10.2023 12:24
Antiterror tədbirləri – Qərbi Azərbaycana təhlükəsiz qayıdış – ANONS - VİDEO
Hərbi / 05.10.2023 12:10
Çar Rusiyasının ilhaq etdiyi Şəmşəddil mahalı - FOTO - VİDEO
Siyasi / 04.10.2023 15:24
Həbs edilən araiklər – separatçı “Qarabağ klanı”nı gözləyən cəza – TƏHLİL - FOTO
Mədəni / 04.10.2023 14:06
Türk düşüncəsi elmi və bədii müstəvidə - FOTO
Hadisə, Sosial / 04.10.2023 13:35
Şəmşəddil mahalı – çarın törətdiyi amansızlıqlar – ANONS
Sosial / 03.10.2023 19:52
Ermənilərin etnik təmizləmə əməllərinin etirafı - FOTO - VİDEO
Təhlil / 03.10.2023 15:23
BMT-də baş tutmayan erməni yalanı – TƏHLİL