Ermənistanda 33 nəfər öldü, 28-nin vəziyyəti ağırdır – YENİLƏNDİ
Koronavirusa 2 273 yoluxma faktının qeydə alındığı Ermənistanda 28 nəfərin vəziyyəti ağırdır.
Rakus.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan “Facebook”da yazıb.
Onun sözlərinə görə, 5 nəfər ağciyər ventilyasiya aparatına qoşulub: “454 nəfər pnevmoniyadan müalicə alır, onlardan 63 nəfərin vəziyyəti ağırdır”.
12:46
Ermənistanda daha 125 nəfərdə koronavirus aşkarlanıb.
Rakus.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin məlumatına görə, bununla da virusa yoluxanların sayı 2 273-ə yüksəlib.
Ölkədə pandemiyadan ümumilikdə 33 nəfər ölüb.
Bundan başqa, indiyədək 1 010 nəfər koronavirusdan sağalıb.
Xatırladaq ki, mayın 1-nə olan məlumata görə, ölkədə bir gündə 82 yoluxma faktı, 1 ölüm qeydə alınmışdı.