Hərbi 22.08.2024 21:51

“Ermənistanda Qərbi Azərbaycan Konstitusiyası hazırlanacaq” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistanın sərhəd hücumlarının gerçək hədəfləri” adlı süjetdə Bakı-İrəvan xəttində sülh müzakirələrinin getdiyi vaxtda Ermənistanın sərhədboyu ərazilərdə son günlər təxribat hücumlarını intensivləşdirməsindən bəhs olunur.

Bildirilir ki, Ermənistan hakimiyyəti artıq ordu üzərində nəzarəti itirib və başsız qruplar istədikləri vaxt Azərbaycan ordusunun mövqelərini hədəfə alaraq, rəsmi İrəvanı çətin vəziyyətə salır: “Ermənistan hakimiyyəti sülhdən yanadır, bölgədə hərbi esakalasiyada maraqlı deyil, buna görə də Azərbaycana “birgə nəzarət” təklifini verir. Əslində bu iki amil görüntü xarakteri daşıyır, rəsmi İrəvanın gerçək planı başqadır. Bu planın detalları da məhz Paşinyanın “sərhəddə nəzarət mexanixmi yaratmaq” təklifində gizlənib”.

Qeyd olunur ki, “sərhəddə atəşkəsə nəzarət” mexanizminin yaradılmasının arxasında ABŞ-ın dayandığı ehtimalını gücləndirir: “Vaşinqtonun məqsədi Ermənistan-Azərbaycan sərhədində “atəşkəsə beynəlxalq nəzarət” adı altında öz qüvvələrini yerləşdirməkdir. Məlumatlara görə, ABŞ-Ermənistan birgə təlimlərindən sonra amerikalı hərbçilər bölgədə qalıb və Zəngəzur bölgəsində – Azərbaycanla sərhəddə ABŞ-ın hərbi kontingentinin yerləşməsi üçün baza qurulur. Bu, Ermənistanı qorumaq, Rusiyanı bölgədə sıxışdırmaq və İrana qarşı platforma kimi istifadə etmək məqsədi daşıyır. Mümkündür ki, ABŞ Zəngəzurda qurduğu hərbi bazanı Ermənistan-Azərbaycan sərhədində “atəşkəsə nəzarət mexanizmi” adı altında legitimləşdirmək istəyir”.

Diqqətə çatdırılır ki, Ermənistanın sərhəddə təxribat hücumlarını intensivləşdirməsi də buna hesablanıb: “Bu prosesdə Ermənistanın əsas məqsədi mövcud sərhədlərin mümkün dəyişməsi ssenarisinin qarşısını almaq, Azərbaycanın tarixi torpaqları üzərində legitimlik qazanmaqdır, Qərbi Azərbaycan məsələsini arxa plana keçirməkdir. Erməni politoloqların fikrincə, “Paşinyanın bu oyunları baş tutmayacaq və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı qaçılmaz olacaq. Rəsmi Bakının planı ilk növbədə Ermənistan Konstitusiyanın dəyişdirilməsi və Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların qaytarılmasıdır. Prezident İlham Əliyev bütün hədəflərinə nail olacaq. Bakının tələbi əsasında yenidən yazılacaq Ermənistan Konstitusiyası əslində Qərbi Azərbaycan Konstitusiyası olacaq”.

Sonda vurğulanır ki, Ermənistan nə qədər oyun qursa da, reallıqlar dəyişmir: “Bu, Azərbaycanın güclü və həlledici oyunçu olmasının reallığıdır və bu reallıq azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışının təminatı olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 22-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO