Dünya 03.09.2019 08:31

Ermənistanda Tələt Paşanı təhqir edən heykəlin qoyulması Türkiyədə etiraza səbəb oldu

Türkiyənin Vətən Partiyasının Gənclər Təşkilatının sədri Özgür Bursalının rəhbərliyi ilə bu gün Ankarada etiraz aksiyası keçirilib.

Rakus.az xəbər verir ki, etiraz aksiyasına Osmanlı dövlətinin baş naziri Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılması səbəb olub.

Ankaranın Ulus rayonunda Atatürkün abidəsi önündə keçirilən tədbirdə çıxış edən gənclər bildiriblər ki, erməni soyqırımını yalanlayan Tələt Paşanı Berlində 1922-ci ildə xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə həqarətdir, açıq-aşkar  təxribatdır. “Tehliryan terrorçu, Tələt Paşa hürriyyət qəhrəmanıdır” şüarını səsləndirən gənclər dövlət və qeyri-dövlət təşkilatlarına və dünya ictimaiyyətinə çağırış ediblər: “Biz Vətən Partiyasının gəncləri olaraq söz veririk ki, Tələt Paşanın başını yerdə qoymayacağıq. Bu heykəl millətlər arasında kin və nifrəti püskürdür. Terrorçu heykəli ucaltmaqla Tələt Paşanı aşağılaya bilməzlər. Böyük hürriyyət qəhrəmanı Tələt Paşa tarixdəki şanlı yerini çoxdan qazanıb. O, bu torpağın yetişdirdiyi ən böyük fədailərdən, vətənsevərlərdən biridir. İmperialist dövlətlər “parçala və hökm sür” niyyəti ilə yenə də xalqlar arasına nifaq salma əməllərindən əl çəkmirlər. Partiyamızın rəhbəri Doğu Perinçek  bu yalanları Avropa İnsan Haqları Məhkəməsində sübuta yetirdi. Buradan Türkiyə Cümhuriyyətinin Prezidentini, xarici işlər naziri və digər hökumət rəsmilərini bu nifrət heykəlinin məhv edilməsi üçün hərəkətə keçməyə çağırırıq”.

Xatırladaq ki, dünən Dünya Azərbaycanlıları Platformasının (DAP) Ankarada təşkil etdiyi “Dünya azərbaycanlılarının Türkiyə görüşü” adlı konfransında Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılması ilə bağlı sərt fikirlərini bildirib və bütün dünya ictimaiyyətinə müraciət edib.

Tədbirdə Vətən Partiyasının sədrinin çağırışına Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan seçilən millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım da dəstək verib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS