Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi işdən çıxarıldı
Erməni işğalçı qüvvələrinin cəbhədə acı məğlubiyyəti fonunda Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Arqişti Karamyan işdən çıxarılıb.
Rakus.az xəbər verir ki, 2018-ci il hakimiyyət dəyişikliyindən sonra Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyində tez-tez kadr dəyişikliyi olur.
Artur Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. Keçmiş müavini Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etməyə başlayıb. O, bu il martın 19-da bu vəzifəyə təyin olunmuşdu.
İyunun əvvəlində E.Martirosyan tutduğu vəzifədən azad edilib.
Onun yerinə 29 yaşlı Arqişti Kərəmyan gətirilib.
Xatırladaq ki, A.Vanesyan xarici dövlətlərdən birinin casusu olmaqda da şübhəli bilinir.