Ermənistan Mülki Aviasiya Komitəsinin fəaliyyət ətrafında qalmaqal böyüyür.
Rakus.az xəbər verir ki, Avropa Komissiyasının qərarı ilə Ermənistanın aviaşirkətlərinə məxsus təyyarələr azı 2,5 il Avropa İttifaqına üzv dövlətərin hava məkanında uçuş edə biməyəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 3-də mülki aviasiya sahəsinin məsul şəxsləri ilə görüşdə 2022-ci ilin noyabrınadək vəziyyətdən çıxmaq üçün yeni yol xəritəsinin hazırlanmasını tapşırıb.
Ermənistanın Baş Prokurorluğu Mülki Aviasiya Komitəsinin iki vəzifəli şəxsinə qarşı cinayət işi başlanılıb.
Adları açıqlanmayan həmin məsul şəxslərdən biri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək komitəinin maraqlarına qarşı fəaliyyət göstərib.
Xatırladaq ki, iyunun 2-də Ermənistan hava şirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv ölkələrin hava məkanından uçuşu qadağan olunub.