Hərbi 15.10.2024 16:27

Əsgərləri intihar edən ordu – “müharibədən” dəm vuran Nikol və Armen – TƏHLİL

Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Ermənistana sanksiya tətbiq edilmədi. Əksinə, bu cinayətinə görə torpaqları onlara mükafat olaraq vermək istəyirdilər.

Azərbaycan torpaqlarından çıxarıldıqdan sonra da Ermənistan törətdiyi cinayət əməllərinə, başqa bir dövlətin ərazisini işğal etdiyinə, təcavüzkar hərəkətinə görə cəzalanmayıb. Yenə də Ermənistanın başı sığallanır, müxtəlif məbləğlərdə ona hərbi məqsədlər üçün yardımlar verilir, onunla sanki ağlağan uşağı ovundururmuşlar kimi davranırlar. Əməllərinə görə cəzalanmaması Ermənistanı yeni-yeni iddialara düşməyə sövq edir. Bu, rəsmi İrəvanın 2020-ci il sentyabrın 27-dən əvvəlki ritorikasını yada salır. Onda da Ermənistanın dövlət məmurları bildirirdi ki, əgər rəsmi Bakı razılaşmasa, “Azərbaycan onları yeni ərazilərini işğal etməyə vadar edəcək”. Bu çıxışlardan bir neçə ay sonra – 2020-ci il noyabrın 10-da rəsmi İrəvan üçtərəfl bəyanata imza atdı.

Bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın mümkün hücumuna Ermənistanın hazır olub-olmaması ilə bağlı suala cavabında deyib: “Mən deyə bilərəm ki, Ermənistan istənilən hücuma məruz qalacağı təqdirdə özünü müdafiə etmək üçün hər şeyi edəcək. Bütün təhlükələri neytrallaşdırmaq üçün kifayət qədər imkanlarımız var və bu, davamlı işdir”.

TŞ katibinin sözlərinə görə, Ermənistan ərazi bütövlüyünü qorumaq üçün daha çox ssenarilərə hazır olmaq üçün öz imkanlarını inkişaf etdirir.

Bu rəsmi İrəvanın sülhlə bağlı açıqlamalarının ruhuna uyğun deyil. Çünki Azərbaycanın dövlət rəsmiləri Ermənistana qarşı ərazi iddiaları ilə çıxış etməyib. Odur ki, Armen Qriqoryanın “istənilən hücuma hazırıq” ritorikasından öncə, belə bir ehtimalın necə yarandığını soruşması daha məntiqi olardı. Belə bir açıqlama ilə Qriqoryan elə bil “müharibədən qorxmuruq” deyib. Ancaq rəsmi İrəvanın sülhsevər bəlağətli çağırışlarının məntiqi ilə yanaşsaq, o zaman TŞ katibinin barışdan, əməkdaşlıqdan və s. belə məsələlərdən danışması daha doğru olardı.

Ermənistanın müharibəni pisləməklə yanaşı, onun heç kimə fayda vermədiyindən bəhs etməsi mövcud real halına daha uyğun olardı. Cavab verməyi ən sonda və daha az emosiya ilə söyləməsi daha müdrik cavab sayılardı. Görünür, Qriqoryan son zamanlar ABŞ, Fransa başda olmaqla Avropa İttifaqı və başqalarından ianə kimi aldıqları hərbi yardımların hesabına gücləndiklərini zənn edir. Elə Azərbaycan torpaqlarını onlar oxşar şəkildə işğal etmişdilər. Yaxud Qərbi azərbaycanlıları da öz yurdlarından havadarlarının hesabına torpaqlarından qovaraq mal-mülklərindən məhrum ediblər.

Ən əsas məsələlərdən biri, Ermənistan ordusunun indiki vəziyyətidir. Armen Qriqoryan hansı ordu ilə cavab verəcəklərini belə pafosla bildirir? Ermənistana yenidən ordu yaratmaq qadağan edilməsə də, bu ölkədə hərbi sahədə çətinliklər var. Hər ay Ermənistan ordusunda müxtəlif səbəblərdən ölüm və intihar hadisələri baş verir.

Oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aqasi Serojeviç Dallakyanın ölüm xəbəri yayılıb. Sonradan məlum olub ki, əsgər intihar edib. Dallakyan 9 ay əvvəl orduya çağırılıb. O, Mehridəki hərbi hissədə xidmət edib. Şirak rayonunun Basen kəndindən olub.

Qeyd edək ki, bu ordu sıralarında bir həftə ərzində baş verən ikinci intihar hadisəsidir. Vaqe Baqrat Arutyunyan güllə yarasından ölüb.

Məlumata görə, əsgər hadisədən əvvəl anası ilə danışıb. Bu barədə məktəb direktoru Təhminə Solahyan bildirib. Onun sözlərinə görə, Aqasi deyib ki, maşın gəlir, kənara durmalıdır, bir azdan özü zəng edəcək. Ancaq zəng gəlməyib. Anasının zənginə isə cavab verməyib.

Belə ehtimal etmək olar ki, əsgər yezidi kürdüdür və Ermənistan ordusunda onlar sıxışdırılır. Yaxud silahlı qüvvələrdə əsgərlərə işgəncə verilir.

Ermənistan hüquq-müdafiəçisi Janna Aleksanyan bildirib ki, orduda əsgərlərə nəzarət edilmir: “Onlar oğru qanunlarına əsasən qətlə yetirilirlər”.

Onun sözlərinə görə, indiki hökumətin dövründə ölüm halları daha da çoxalıb: “Orduda islahatlar elan olunub. Ancaq orduda ölüm hallarının artması islahat aparılmadığını sübut edir”. Hüquq-müdafiəçisi bildirib ki, İstintaq Komitəsinin işi açmaması da faktdır.

Janna Aleksanyan vurğulayıb ki, bu qurum istintaqların gedişinə dair nəticələri açıqlamır, vəkillər susdurulur, ekspertizalar saxtalaşdırılır və s: “Onlar həmişə belə işləyiblər, indi də bunu davam etdirirlər, heç nə dəyişməyib”.

Janna Aleksanyan indiyədək hərbi hissə komandirinin işdən çıxarılmasına rast gəlmədiklərini də qeyd edib.

Belə nəticəyə gəlmək olar ki, Ermənistanın baş naziri Nikol Paşinyan və XİN başçısı Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olmaqları, Armen Qriqoryan isə müharibə edəcəkləri ilə bağlı açıqlamalarında saxtakarlıq edirlər.

Çünki sülh üçün Ermənistanın təcavüzkar konstitusiyasının dəyişməsi vacibdir. Müharibəni isə ordu ilə edirlər. İrəvan rəsmilərinin açıqlamalarına əsasən, Paşinyan və Mirzoyan düşünür ki, konstitusiya dəyişmədən havadarlarının Azərbaycana təzyiqi ilə sülh sazişinin imzalanmasına nail olacaqlar. Ancaq torpaqlar işğal altında olanda rəsmi Bakı Ermənistanı qane edəcək şərtlərə imza atmayıb…

A.Qriqoryan da hesab edir ki, Hindistan, Fransa və başqa ölkələrdən ianələrlə əldə etdikləri silah və hərbi texnika, muzdlu döyüşçülərlə Azərbaycana qarşı döyüşəcəklər. Təəssüf ki, belə yalan və saxta yanaşmaya görə rəsmi Bakı haqlı olaraq İrəvana etimad göstərmir, etibar etmir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni təyin olunmuş səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib : “Ermənistanın sülh sazişinin razılaşdırılmış müddəalarının imzalanması ilə bağlı təklifi reallıqdan uzaqdır”. Dövlət başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.

Bununla da Prezident İlham Əliyev Ermənistan hökumətinin “bu vaxtadək razılaşdırılmış maddələrə imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” kimi qəribə təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirib. Dövlət başçısı bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğulayıb.

Paşinyan, Mirzoyan, Qriqoryan və daha kimlər dörd ildir ki, yalan danışır, saxtakarlıq edir, real vəziyyətdən çıxış etmirlər. Ermənistan hakimiyyəti təmsilçilərinin belə qeyri-müəyyən davranışı, vaxtı uzatması, konstitusiyaya dəyişiklik etməməsi vəziyyəti müharibəyə aparmağa hazırlaşdıqlarından xəbər verir. Rəsmi İrəvan xaricdən komanda gözləyənə də bənzəyir. Əvvəllər onun gözü şimalda idi. İndi yazıqlığı yamsılayan Ermənistan hara baxır?
Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO