Bütün dünyada məşhur müğənni Rihannanın geyim brendi “Savage X Fenty” “Emmy” mükafatına namizəd olub.
Rakus.az xəbər verir ki, rəqslər, musiqi və seksual alt paltarında gözəl qızlarla performans “Estrada və ya realiti-şou üçün xoreoqrafiya” olaraq qiymətləndiriləcək.
Yeri gəlmişkən, bu vaxta qədər “Emmy”yə namizəd olan yeganə moda şousu “Victoria’s Secret”ə məxsus idi. Üstəlik, bu şou işığın qurulması meyarlarına görə sırf texniki olaraq qiymətləndirilmişdi.