Dünya 13.12.2019 03:34

Ətraf mühit fəalı “İlin adamı” seçildi

Hər il görkəmli insanların siyahısını hazırlayan “Time” jurnalı bu il ətraf mühit fəalı Qreta Thunberqi “İlin adamı” seçib. Jurnalın üz qabığında Thunberqin fotosu və “Gəncliyin gücü” şüarı yerləşdirilib.

Rakus.az xəbər verir ki, “Time” jurnalı “İlin adamı” mükafatını 1927-ci ildə təsis edib. Bu mükafat hər il baş verən dünya hadisələrinə əhəmiyyətli dərəcədə müsbət və ya mənfi təsir göstərmiş bir şəxsə və ya insan qrupuna verilir.

“Time” 2018-ci ildə öldürülən səudiyyəli jurnalist Camal Xaşuqçini “İlin adamı” adlandırıb. 2017-ci ildə isə cinsi təcavüzlərə qarşı #MeToo hərəkatının fəalları bu mükafata layiq görülüb.

Qreta Thunberq etirazlara 2018-ci ilin yayında,15 yaşında ikən başlayıb. O, hər cümə günü məktəbə getmək əvəzinə, İsveç parlamentinin binasının qarşısına gəlib “İqlim üçün məktəb tətili” şüarı qaldırıb. Qreta siyasətçilərdən iqlim “apokalipsisi” və qlobal istiləşmə haqqında düşünməyi tələb edib. Tezliklə dünyanın bir çox ölkəsində tələbələr və məktəblilər onun yolunu davam etdirib.

Bir il sonra, sentyabrın 23-də Qreta Thunberq BMT Baş Assambleyasında “siz mənim uşaqlığımı oğurladınız” və “buna necə cəsarət etdiniz?!” sözləri ilə başlayan emosional nitq söyləyib. O, “insanlar əziyyət çəkir, ölür, ekosistemlər ölür və biz kütləvi qırğın astanasındayıq” deyərək, ekoloji fəlakət haqda danışıb və yenə də siyasətçiləri fəaliyyət göstərməməkdə ittiham edib.

İsveç parlamenti Thunberqi Nobel Sülh Mükafatına namizəd göstərərək, iqlim təhlükəsinin dövrümüzün əsas təhlükəsi olduğunu və gənc qızın başladığı kütləvi hərəkatın bu təhlükəyə qarşı mübarizədə əhəmiyyətli bir töhfə olduğunu söyləyib. Lakin Qreta 2019-cu ildə Nobel mükafatına layiq görülməyib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO