Texnologiya 21.11.2019 10:26

ETX-nin müraciəti ilə “Ghosty” tətbiqi silindi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi ilə bağlı “Facebook” komandasına birbaşa müraciət edib.

Rakus.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə “Instagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və “Instagram”ın gizlilik qaydalarını pozan “Ghosty” tətbiqi “Google Play Store” və “App Store”dan silinib.

Naməlum tərtibatçı (developer) tərəfindən yaradılan bu tətbiq gizli “Instagram” hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən “Instagram” istifadəçisinin giriş məlumatlarını (login və parol) əldə edərək həmin hesabdakı gizli profilləri müəyyən edir. Bu gizli profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. Dolayısı ilə, bu tətbiqdən istifadə edərək loqin və parolunu təqdim edən şəxslər öz hesabındakı gizli profillərə baxılması üçün digər “Ghosty” istifadəçilərinə icazə verirlər. Tətbiqin populyarlığı artdıqca açılan gizli profillərin sayı da çoxalır. Xarici mənbələrin məlumatına görə, tətbiq istifadəyə verildiyi andan etibarən “Google Play Store” üzərindən 500 min dəfədən çox yüklənilib.

“Instagram”ın istifadəçilərə profili gizli saxlamaq və yalnız təsdiq edilmiş izləyicilərə paylaşımları, şəkilləri və ya videoları görməyə icazə vermək kimi seçim imkanı verdiyini nəzərə alsaq, bu, istifadəçilərin məxfiliyinin ciddi şəkildə pozulması deməkdir. Eyni zamanda, “Instagram” istifadə şərtlərinə görə, istifadəçilər öz hesabları üzərindən digər istifadəçilərə hüquqlarını ötürə bilməzlər.

Elektron Təhlükəsizlik Xidmətinin müraciətindən sonra “Facebook” komandası “Google” ilə birlikdə araşdırma aparıb, nəticədə tətbiq “Google Play Store” və “App Store”dan silinib. “Facebook” rəhbərliyinin rəsmi məlumatına görə, “Instagram” qaydalarını pozan bu tətbiqi, eləcə də “Instagram”la bağlı qanunsuz fəaliyyəti dərhal dayandırması üçün “Ghosty” tətbiqinin tərtibatçısına rəsmi xəbərdarlıq göndərilib. Hazırda bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün “Facebook” tərəfindən tədbirlər görülür və təhlükəsizlik tədbirləri gücləndirilir.

ETX vətəndaşlara bu cür qeyri-rəsmi tətbiqləri yükləməməyi, giriş məlumatları kimi həssas məlumatları təqdim etməməyi, özlərinin və ətrafının məxfiliyini təhlükə altında qoymamağı tövsiyə edir.

Vətəndaşlardan bu kimi hallarla qarşılaşdıqda Elektron Təhlükəsizlik Xidmətini məlumatlandırmaları xahiş olunur.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO