Bununla bağlı “Report”un videosunu təqdim edirik:
“EuroHome” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.
Rakus.az xəbər verir ki, bu barədə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.
O deyib ki, artıq yanğın söndürülüb: “Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib”.
00:44
“EuroHome” ticarət mərkəzində başlayan yanğın davam edir.
Hadisə yerində olan FHN-nin texnikası və canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparırlar.
Hazırda Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da yanğının baş verdiyi əraziyə gəlib.
Nazirə hadisə və söndürmə işləri ilə bağlı məlumat verilib.
23:54
Bakının Binəqədi rayonunda “EuroHome” ticarət mərkəzində növbəti dəfə yanğın olub.
Rakus.az xəbər verir ki, hazırda davam edən yanğının söndürülməsi üçün FHN-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.
Eyni zamanda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir.
23:17
“EuroHome” tikinti materialları bazarı yanır.
FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək. (Oxu.az)