Rakus.az xəbər verir ki, ifaçı musiqi yarışmasına qatılan bütün iştirakçıların DNT analizi verməli olduğunu deyib: “Bu, layihəyə sponsorluq edən şirkətlərdən birinin tələbidir. Onlar bu yolla iştirakçıların hansı millətə ail olduğunu araşdıracaqlar”.
Sergey Lazarev bildirib ki, iştirakçıların hamısı bu analizi veriblər. Hətta onlar analizin mediada yayımlanmasına icazə verdiklərinə dair sənəd imzalayıblar.
Xatırladaq ki, “Eurovision” mahnı müsabiqəsi mayın 14-də İsrailin paytaxtı Tel-Əvivdə olacaq. Yarışmada ölkəmizi Çingiz Mustafayev “Truth” mahnısı ilə təmsil edəcək.