Facebook 5 milyard dollar cərimə ödəyəcək - FOTO
Facebook Inc. hökumətin şirkətin özəl informasiya praktikaları ilə bağlı təhqiqatı nəticəsində meydana çıxan iddiaları aradan qaldırmaq üçün rekord $5 milyard dollar ödəyəcək.
Rakus.az xəbər verir ki, bu, və sosial media nəhənginin özəl informasiya ilə bağlı köklü dəyişikliklərə gedəcəyi barədə ABŞ Federal Ticarət Komissiyası (FTC) açıqlama verib.
FTC partiya xəttinə uyğun olaraq 3:2 səslə sövdələşməni qəbul edib, lakin anlaşmanın məhkəmə tərəfindən təsdiqlənməsi tələb olunur.
Bəzi demokratlar sövdələşmənin əleyhinə çıxaraq cərimənin kifayət qədər yüksək olmadığından gileyləniblər.
“Dünya boyu milyardlarla istifadəçilərinə onların şəxsi informasiyasının necə paylaşacağına nəzarət edəcəklərinə söz versə də, Facebook öz istehlakçılarının seçimlərini pozub”, – FTC-nin Respublikaçı rəhbəri Co Simons bildirib.
FTC-nin demokrat komissarı Rohit Çopra cərimənin Facebook rəhbərliyinə “tam immunitet” verdiyini deyərək, Facebook-un biznes modelinə həqiqi məhdudiyyətlərin qoyulmadığndan şikayətlənib.
Facebook əlavə olaraq onun istifadəçilərin datasından sui-istifadə etdiyinə dair iddiaların ciddiliyi barədə investorları azdırması ilə bağlı meydana çıxan şikayətləri cavablandırmaq üçün $100 milyon dollar ödəməyə razı olub.