Dünya 30.05.2019 14:30

Fanat ata və oğul xüsusi qarşılandı

UEFA-nın Avropa Liqasının Bakıda keçirilən final oyununun təbliğatı məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən “Times”, “The Telegraph”, “Press Association”, “Daily Star”, “The Mirror”, “The Sun” kimi dünya üzrə ən çox oxunan mətbuat orqanlarından olan 11 nəfərlik media nümayəndələri üçün tur təşkil edilib.

Rakus.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, media nümayəndələrinə Bakının turizm məkanları tanıdılıb, ölkəmiz haqqında ətraflı məlumat verilib.

Azərbaycan Turizm Bürosu tərəfindən final oyunu ərəfəsində təbliğat məqsədilə atılan digər maraqlı addımlardan biri də “Snapçat” üçün Azərbaycanın turizm brendi və loqosuna uyğun olaraq final oyununa məxsus, London şəhərində aktiv olan xüsusi filterin hazırlanması olub.

Bundan əlavə, Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycana səyahət edən “Çelsi” klubunun fanatları ata və oğul üçün xüsusi qarşılanma təşkil edilib. Belə ki, dünyanın nüfuzlu “Reuters”, “Yahoo News”, “Daily Mail”, “BBC”, “ITN (Independent Television News)”, “Radio1” kimi kütləvi informasiya vasitələri Londondan İstanbula, oradan Gürcüstan, daha sonra qatarla Azərbaycana oyunu izləmək üçün gələn “Çelsi” klubunun fanatları ata və oğul Kevin Cobb və Jake Ralphın Azərbaycana səyahəti haqqında geniş məqalələr hazırlayıblar.

Müsahibələrində onlar Azərbaycanda xoş qarşılandıqlarını və onlara göstərilən diqqətdən məmnun qaldıqlarını dilə gətiriblər.

Həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında turistlər üçün yaradılan xüsusi informasiya mərkəzlərində məlumatlandırıcı broşurlar paylanılıb.

Xatırladaq ki, Azərbaycan Turizm Bürosu tərəfindən mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA-nın Avropa Liqasının final oyunu ilə əlaqədar ölkəyə gəlmiş xarici qonaqların qabaqcadan məlumatlandırılması məqsədilə veb-sayt hazırlanmışdı. İnformativ xarakter daşıyan, https://bakufinal.azerbaijan.travel/ ünvanında yerləşən saytda azarkeşləri maraqlandıra biləcək suallara xüsusi bölmələr üzrə cavablar yerləşdirilib.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS