Mədəni 28.05.2019 15:02

Fleytası ilə ABŞ-a səs salan azərbaycanlı xanım - FOTO

 

Ceyran Həsən ABŞ-da doğulub, burada boya-başa çatıb. Klivlent Musiqi İnsititutunu bitirib. Magistratura və doktoranturanı Ayova Universitetində oxuyub. Sonradan öz ixtisası üzrə elmi iş müdafiə edərək musiqi üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Azərbaycanca gözəl bilir. Anası amerikalı olsa da Azərbaycan adət-ənələrini sevir və riayət edir.
Deyir ki,- “Bütün bunlara görə atama borcluyam”…

Atası Zikrət Həsən Lənkəranda doğulub, ailənin beş uşağından üçüncüsü olub. Uşaqlıq illərini Lənkəranda keçirib. Musiqiyə olan həvəsi onu Bakıya gətirib. İndiki Bakı Musiqi Akademiyasına qəbul olunub. Oranı nəfəs alətləri üzrə müvəffəqiyyətlə bitirib. Bir müddət Bakıda müxtəlif caz qruplarında ifa edib. Sonradan Moskvaya yollanaraq öz peşəsi üzrə çalışıb…

Anası Miçiqan ştatında dünyaya gəlib. Valideynləri Ukrayna və Macarstandan olub. Orta məktəbi bitirdikdən sonra Miçiqan Dövlət Universitetinə qəbul olunub və orada tibb fakultəsində təhsil alıb. Finlandiyada Nokia şirkətində işləyərkən yolu tez-tez Rusiyaya düşərmiş. Və bu səfərlərin birində Zikrət Həsənlə Moskvada görüşür, bir müddət sonra ailə qururlar. Bu ailə ABŞ-a köçərək burada məskunlaşır. Tezliklə Ceyran dünyaya gəlir…

İlk vaxtlar ABŞ-da yaşamaq Zikrət kişi üçün çox çətin olub. Öz peşəsindən uzaq düşüb. Dil kurslarına gedib, ingilis dilini mükəmməl öyrənib. Miçiqan Dövlət Universitetinə qəbul olunub, oranı bitirib…

Ceyran uşaq olarkən ona Azərbaycandan ABŞ-a gələn nənəsi Safura xanım baxıb. Ceyranın söylədiyinə görə, onu çox yaxşı xatırlayır.
Deyir ki,- “Ondan mənə Azərbaycandan gətirdiyi bir neçə ziynət əşyası yadigar qalıb. Mən onları sevə-sevə öz gələcək uşaqlarım üçün qoruyub saxlayıram. Nənəm mənə Azərbaycan dilində danışmağı öyrədib, buna görə ona həmişə minnətdaram. O vaxt atamın kiçik qardaşı dünyasını qəfil dəyişəndən sonra, nənəm Azərbaycana qayıtdı və mən onu bir daha görə bilmədim”…

Safura xanım ABŞ-da olarkən oğlu Zikrətə, eləcə də onun həyat yoldaşına Azərbaycan mətbəxinin təamlarını hazırlamağı öyrədir. Evdə tez-tez dolma, ləvəngi, plov bişirərmişlər…

Ceyran fleytada mükəmməl ifa edir. Azərbaycan musiqisi haqqında bir sıra xarici jurnallarda məqalələri çap olunub.
Deyir ki,- “Azərbaycanda bir neçə dəfə olmuşam, birinci dəfə üç, ikinci dəfə olanda on üç yaşım vardı. On üç yaşım olanda biz Azərbaycana ailəliklə getmişdik. Mən bu ölkənin gözəlliyinə, mədəniyyətinə vuruldum, xüsusən də Lənkəranın gözəlliyi məni məftun elədi. Amerikalılardan fərqli olaraq azərbaycanlıların adımı düzün tələffüs etməsi mənə çox xoş gəlirdi. Və məni bu ölkəyə daha da bağlayırdı. Atam mənə doqquz yaşımdan fleyta çalmağı öyrətmişdi. Musiqidən az-çox anlayışım var idi. Mən burada Fikrət Əmirov musiqisi ilə tanış oldum və o vaxt hələ bilmirdim ki, on üç il sonra, mən Azərbaycan musiqisi haqqında dissertasiya müdafiə eləyib, alimlik dərəcəsi alacam”…

ABŞ hökuməti üçün bir neçə dilin öyrənilməsi vacib sayılır və bu dilləri öyrənməkdən ötrü dünyanın müxtəlif ölkələrinə tələbələr göndərir. O cümlədən Azərbaycan dili də bu dillər sırasındadır. Ceyran 2010 və 2011-ci illərdə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil proqramlarından olan Tənqidi Dil Təqaüdünə layiq görülən qaliblərindən biri olur və Azərbaycana gedir. Azərbaycan Dillər Universitetində iki il dalbadal, yay aylarında dil kurslarında oxuyur. Burada Vəfa Yunusova, Səbinə Əliyeva, Fialə Abdullayeva ona Azərbaycan dilinin incəliklərini öyrədir.
Deyir ki,- “Minnətdarlığım təkcə bu müəllimlərə deyil, bu dili mənə sevdirən gözəl Azərbaycan xalqınadır”…

Bakıda olarkən əmisigildə yaşayır, bu da ona qan qohumları ilə yenidən birləşmək fürsəti yaradır. Proqram çərçivəsində Azərbaycanın müxtəlif guşələrini, muzeyləri ziyarət edir.
Deyir ki,- “Bütün bunlardan sonra Azərbaycan dili biliklərim mükəmməlləşir və bu ölkə haqqında məlumatım əhəmiyyətli dərəcədə artır.”
Ceyran həmçinin Bakı Milli Konservatoriyasında balaban dərsləri alır və bu alət üçün yazılmış musiqiləri öyrənməyə fürsət tapır…

Azərbaycanda olarkən atasının dostları- Nicat Salmanov və Salman Qəmbərovla görüşür. Nicat Salmanov Filarmoniyanın əsas fleyta ifaçısıdır, həmin vaxt onunla birlikdə duet də ifa edirlər…

2016-cı ilin yanvar ayında Tofiq Bakıxanov və Arif Məlikovla tanış olur. Onlar üçün fleytada ifa edib, məsləhətlər alır…
Sonradan Nicat Salmanov və Salman Qəmbərovla birlikdə trio ifa edir. 2018-ci ilin yanvar ayında ABŞ-ın Ayova ştatına gələn Salman Qəmbərovla yenidən görüşür. Ceyran bu görüşdən məmnun qaldığını dilə gətirərək, onunla qürur duyduğunu söyləyir…

2014-cü ilin avqust ayında Ayova ştatında, müəllimi Nikole Espositonun elmi rəhbərliyi altında musiqi sənəti üzrə doktoranturaya qəbul olur və 2018-ci ilin aprelində “Fikrət Əmirov, Arif Məlikov və Tofiq Bakıxanovun fleyta üçün bəstələdikləri əsərlərin müqayisəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir…

Ceyran gələcəkdə milli və beynəlxalq jurnallar üçün Azərbaycan musiqisi haqqında daha çox elmi məqalə yazmaq, bu məlumatları müxtəlif konfranslarda təqdim etmək, bir azərbaycanlı pianoçu ilə CD diskləri buraxmaq, onları geniş auditoriyaya təqdim etməyi düşünür…

2018-ci ilin noyabr ayında Amerika Qırğızıstan Fondu tərəfindən maliyyələşdirilən Avroasiya festivalının sənətçisi seçilib. Festivalda Azərbaycanın musiqi əsərlərini təqdim edib…

Ceyran hələ gəncdir, Azərbaycan musiqisinin təbliq olunmasında çalışmaq, əzmkarlıq göstərmək həvəsi ilə yaşayır. Planları çoxdur, 2019-cu ilin avqustunda dünyada ən böyük beynəlxalq fleyta qrupunun Milli Fleyta Asossasiyasının Konvensiyasında Azərbaycanı təmsil edəcək…

Arzusu professor olmaq və tez-tez Azərbaycana getmək, konsertlər verməkdir. Azərbaycanı ikinci vətəni sanır.
Deyir ki,- “Mən Amerikada Azərbaycan musiqisini təbliğ etməkdən zövq alır, qürur duyuram”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO