Fransa Senatının hökuməti separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.
Rakus.az xəbər verir ki, yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, bunun yalan olduğu üzə çıxıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi artıq məlumdur.
Oxu.Az-a eksklüziv açıqlamasında senator Natali Gule bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.
N.Gule siyahıda adı göstərilən senatorun kimliyini də açıqlayıb. Bu, Silviya Goy-Chavent adlı xanım senatordur.