“Dağlıq Qarabağ mövzusunda Fransa heç vaxt mövqeyini dəyişməyib və həmişə beynalxalq hüququn tərəfində olub.”
Rakus.az xəbər verir ki, bu sözləri Gəncəyə səfəri zamanı Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamer bildirib.
Onun sözlərinə görə, Fransa ötən əsrin 90-cı illərində də Ermənistanın Azərbaycana aqressiyasını qınayıb və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub.