Fuad Nağıyev: “Münaqişə zonalarının turizm təbliğatı yolverilməzdir” - VİDEO
Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Ümumdünya Turizm Təşkilatının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Baş Assambleyasının 23-cü ssessiyasında iştirak edir.
Rakus.az agentliyə istinadla xəbər verir ki, Fuad Nağıyev çıxış edərək işğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatının qətiyyən yolverilməz olduğunu söyləyib.
Turizmdə etik normaların vacibliyindən danışan agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.
Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir, bu halların qarşısı alınmalıdır.