Texnologiya 21.03.2019 11:11

“Google” 1,49 milyard avro cərimələndi - FOTO

“Google” şirkəti onlayn axtarış reklamçılarını blok etdiyinə görə çərşənbə günü 1.49 milyard avro cərimələnib.

Rakus.az xəbər verir ki, bu, Avropa İttifaqının “Google”nin ana şirkəti “Alphabet”ə qarşı son iki ildə üçüncü nəhəng anti-trest cəriməsidir.

Cərimənin “Google”nin 2018-ci ildəki dövriyyəsinin 1.29 faizinə bərabər olduğunu bildirən Avropa Komissiyası bəyanatında şirkətin rəqabət əleyhinə davranışlarının 10 ildən çox davam etdiyini bildirib.

“Google”nin müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi.

Bu məsələ axtarış nəticələri və axtarış reklamları meydana gətirən qəzet və ya səyahət saytları kimi vebsaytlara aiddir. “Google”ın AdSense for Search proqramı bu cür axtarış reklamlarını təmin edir.

“Google”nin yanlış davranışlarına vebsaytların axtarış nəticələri səhifələrində rəqiblərindən axtarış reklamları yerləşdirmələrinin qarşısını alaraq, onları axtarış nəticələri səhifələrindəki ən gəlirli yerləri Google-ın reklamlarına ayırmalarını və rəqib reklamların necə yerləşdirilməsinə dəyişikliklər etmədən öncə Google-dan yazılı icazə almalarını təbəb etməsi daxildir.

“Google-ın müqavilələrinə bu məhdudlaşdırıcı maddələri daxil etməsinə rəqiblərini bazardan uzaq tutmağa çalışmaqdan başqa heç bir səbəb yox idi,” Avropa Komissiyasının rəqabətdən məsul rəsmisi Marqret Vestager bildirib.

Google Baş İcraçı Rəhbəri Sundar Piçai və Filipp Justus, Google-ın Almaniya üzrə vitse prezidenti, Berlində şirkətin yeni ofisini açırlar. 22 yanvar, 2019.

AdSense-lə bağlı iş 2010-cu ildə Microsofrt-un şikayətindən sonra qaldırılmışdı. Daha sonra hər iki şirkət 2016-cı ildə bir-birinə qarşı şikayətlərini geri götürüb.

Ötən il M.Vestager məşhur Android mobil idarəetmə sistemindən istifadə edərək rəqiblərini blok etdiyinə görə “Google”ya 4.34 milyard avro cərimə tətbiq edib. Bundan əlavə isə 2017-ci ilin iyun ayında şirkət rəqiblərinin alış-verişləri müqayisə edən vebsaytlara çıxışının qarşısını aldığına görə 2.42 milyard avro cərimələnib.

M.Vestager çərşənbə günü “Google”nin göstərişlərə riayət etmək məqsədilə rəqiblərini irəli çəkmək, eləcə də Android istifadəçilərinə brauzer və axtarış tətbiq etmələri seçimini irəli sürmək cəhdlərini ehtiyatlı şəkildə alqışlayıb.

O, “Google”nin tənzimləmə ilə bağlı problemlərinin başa çatmadığına işarə edərək deyib ki,o, şikayətlərdən əlavə şirkətin iş axtarışı sahəsindəki əməllərini də təhqiq edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO