Mədəni
27.03.2025
11:02
“Göyçə adlı bir el vardı…” - FOTO - VİDEO

Martın 25-də Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbində “Nursu” restoranında görkəmli ziyalımız, el-obamızın dəyərli eloğlu, şair Təvəkgül Cəmillinin “Göyçə adlı bir el vardı…” adlı şerlər kitabının təqdimatı keçirilib.
Alimlər, ziyalılar, şairlər, qəsəbə sakinləri və gənclərin iştirak etdiyi tədbiri ziyalı Arif Məmmədli açaraq Təvəkgül müəllimin yaradıcılığından danışıb.
Məclisin aparıcısı Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdrü, görkəmli alim İbadulla Ağayev müəllifin yaradıcılığından, onun el-obaya bağlılığından, yazdığı şerlərinin ruhunun şifahi xalq yaradıcılığına bağlılığından söz açıb.
Kitabın redaktoru Mənsur Ələkbərov, şairə Zöhrə Qara qızı, ziyalı Nağdəli Zamanov, N.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, şair, şəhid atası Nizami Elyanar, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Əli Abbasəliyev, şair Müzahim Mehvalıoğlu, Yaqub Abbasov, Yusif Ağbulaqlı, şairə Sevda Zeynalova, Bella xanım, ziyalı Həsən Əhmədov, yazar Qabil Zimistanoğlu, araşdırmaçı Lütvi Kələşli, şairin dostu İmaməli Hüseynov və digərləri Təvəkgül Cəmillinin yaradıcılığından, onun əsərlərindəki Vətən həsrətindən, Azərbaycana, elə-obaya məhəbbətindən, ordumuzun yenilməzliyindən, Göyçənin təbiətinin gözəlliyindən, türk dünyasının birliyindən, dost sədaqətindən, saf sevgi duyğularından, düşmənə nifrətdən geniş söhbət açıblar. Onlar şairin şerlərində xalqımızın folkloruna yağınlığını, usdadı böyük sənətkar Eldar İsmayıl Böyüktürkün yaradıcılıq ruhunun olmasını, şerlərində gəraylı və qoşma janrına daha çox yer verməsini, aşıq poeziyasından qaynaqlanan deyişmələrin, bayatıların olmasını xüsusi vurğulayıblar.
Əməkdar Mədəniyyət İşçisi Aşıq Bəhmən Göyçəlinin, aşıq Nəcəfin, qara zurna ifaçısı Ələkbərin şair Təvəkgül Cəmillinin sözlərinə bəstələnən mahnıları ifa etmələri məclisə xüsusi rəng qatıb.
Gənclərdən Mircabir Mircəlaloğlu, Anar, Fidan Fatima, Ayan, Mətin şairin şerlərini səsləndiriblər.
Sonda müəllif tədbirin təşkilatçısı İsaq Eldaroğlunun əməyini xüsusi qiymətlndirərək bütün iştirakçılara təşəkkürünü bildirib.
Ətraflı videoda baxa bilərsiniz.
















OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə
/
07.04.2025
22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi
/
07.04.2025
11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni
/
05.04.2025
22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial
/
04.04.2025
22:03
Sosial
/
04.04.2025
13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
03.04.2025
22:30