Göyçə və Zəngəzur boşalır, 60 min erməni evləri tərk edib – ANONS - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Göyçə və Zəngəzurdan ermənilər çıxır, kəndlər boşalıb” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, verilişdə Ermənistanda ciddi demoqrafik fəlakət yaşandığı qeyd olunur.
Bildirilir ki, son 50-60 il ərzində aldadılaraq gətirilib məskunlaşdırılan ermənilər Zəngəzur, Göyçə, Pəmbək, Loru və digər dağlıq ərazilərdə yaşaya bilmədikləri üçün köçürlər. Bu bölgələr tam boşalmaq üzrədir. Ən ağır durum Göyçə mahalındadır. Burada onlarla boşalmış evlər göz önündədir. Ermənistan mətbuatının yazdığına görə, son illər ərzində Göyçə mahalının əhalisi 25 min, Zəngəzurun isə 27 min azalıb. Erməni jurnalistlərinin bölgələrdən hazırladığı reportajlarda bu acı gerçək daha qabarıq görünür.
Veriliş oktyabrın 31-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.