Mədəni 25.02.2020 01:12

“Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri”

İndoneziyanın “The Jakarta Post” qəzeti bu yaxınlarda Azərbaycanda səfərdə olmuş müxbiri Viramala Ancayanın Bakı şəhərinin gözəlliyindən bəhs edən məqaləsini yayıb.

Rakus.az xəbər verir ki, “Gözəl Bakı – məhəbbət və əfsanələr şəhəri” adlı məqalədə müəllif indoneziyalı oxuculardan ilk olaraq Avropa və Asiyanı birlikdə görmək istədiklərini, müxtəlif iqlim qurşaqlarında eyni vaxtda olmağı və dənizə çıxışı olmasa da, 650 kilometr uzunluğunda sahilə və özünəməxsus gözəlliklərə malik bir ölkəyə səfər etməyi arzuladıqlarını soruşur. Özü də cavabında bildirir ki, əgər bütün bunların hamısını birlikdə görmək istəyirsinizsə, mütləq Cənubi Qafqazın neftlə zəngin ölkəsi olan Azərbaycana səfər edin. Qeyd edir ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan həm də özündə Şərq və Qərb mədəniyyətini birləşdirir. Vurğulayır ki, ikinci adı Odlar Yurdu olan Azərbaycan qədim atəşpərəstlərin vətəni olmaqla yanaşı, həm də dünyada mövcud olan 11 iqlim qurşağından doqquzuna malikdir.

Fevralın 9-da keçirilən parlament seçkilərini müşahidə etmək üçün Milli Oyanış Partiyasının Nümayəndələr Palatasındakı üzvü Anqia Ermarini, jurnalist Mohamad Entoni ilə birlikdə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə dəvət edildiyini xatırladan müəllif bu imkandan istifadə edərək sürətlə inkişaf edən Bakının gözəlliyindən də zövq aldığını bildirir. O, Bakının hazırda dünyanın ən populyar turizm istiqamətlərindən birinə çevrildiyini vurğulayır. Qeyd edir ki, dəniz səviyyəsindən 30 metr aşağıda yerləşən Bakı həm də möcüzələri, əfsanələr, məhəbbət dastanları, müasir tikililəri, gözəl parkları, bulvarı və küçələri ilə diqqəti cəlb edir.

Bakının həm tarixi, həm də müasir tikililəri ilə göz oxşadığına diqqət çəkən indoneziyalı jurnalist burada UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qız Qalası, İçəri şəhər, Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyini bildirir. Maraqlı möcüzələri ilə diqqəti cəlb edən bu diyarda Yanardağ kimi təbiət möcüzəsinin turistlər tərəfindən böyük maraqla qarşılandığını qeyd edir.

Bakıya gedən bütün turistləri öz əsrarəngiz tamı ilə heyran edən Azərbaycan mətbəxinə toxunan müəllif milli yeməklərimizin özünəməxsusluğu ilə şöhrət qazandığını qeyd edir. Bakının öz gözəlliyi ilə onu görənləri heyran qoyduğunu diqqətə çatdıran jurnalist burada bir çox məşhur filmlərin lentə alındığını da xatırladır. Eyni zamanda, Azərbaycan paytaxtının mühüm beynəlxalq tədbirlərin, idman və musiqi yarışlarının keçirildiyi dünya miqyaslı mərkəzlədən birinə çevrildiyini vurğulayır. Qeyd edir ki, cari ildə Bakıda futbol üzrə Avro-2020-nin bir sıra oyunları da keçiriləcək. İndoneziyalı turistlərə mütləq Bakıya səfər etməyi tövsiyə edən müəllif buranın həm də küləklər şəhəri kimi tanındığını qeyd edir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO