Gözəllik TACI əlindən alındı
Ötən ilin dekabrında təşkil edilən “Miss Moskva” yarışmasının qalibi Alesya Semerenkonun tacı əlindən alınıb.
Rakus.az xəbər verir ki, buna səbəb isə modelin təşkil olunan xeyriyyə tədbirlərinə qatılmaması olub.
Alesya buna səbəb kimi xəstə olmasını göstərib. Lakin sosial media paylaşımları Semerenkonun yalan dediyini ortaya çıxarıb.
Ardınca tac yarışmanın ikincisi Kseniya Palenovaya verilib.
Beləliklə, Alesya uzun illərdir təşkil edilən yarışmada tacı əlindən alınan ilk iştirakçı olub.
Xatırladaq ki, A.Semerenko tac alan zaman açıqlamasında “Bundan əvvəl də qatılıb 20-ci olmuşdum. Qərarın ədalətsiz olduğunu və daha yaxşı yerlərə layiq olduğumu düşündüm” sözlərini demişdi. O, həmçinin məqsədinin imkanlı həyat yoldaşı tapmaq və xeyriyyə işlərinə vaxt ayırmaq olduğunu bildirmişdi.