Güclü fırtına İspaniyanı sarsıtdı
İspaniyanın Madrid əyalətini bürüyən dolu ilə müşayiət olunan güclü fırtına ölkəyə 9,5 milyon avro ziyan vurub.
Rakus.az xəbər verir ki, su axını küçələri, xəstəxanaları, metronu, hava limanını, müəssisələri və evləri cənginə alıb. Madrid əyalətinin cənub-şərqində, xüsusilə Arqanda-del-Reydə mütəxəssislərin hesablamalarına görə, bir saat ərzində hər kvadratmetrə 59,4 litr yağıntı düşüb ki, bu da güclü daşqınlarla nəticələnib.
Eyni zamanda, İspaniya Meteorologiya Agentliyi bəyan edib ki, yağan yağışlar regionda rekord göstərici deyil. Sığorta konsorsiumunun hesablamalarına görə, dolu ilə müşayiət olunan fırtınanın regiona vurduğu ziyan 7,5-9,5 milyon avro dəyərləndirilir.
Dolu, həmçinin Arqandada zeytunluq və üzümlükləri tələf edib, müvafiq olaraq, 90 və 45 faizədək məhsula ziyan vurub.