Elazığı 6,8 ballıq zəlzələ sirkələdi, ölüm-itim yoxdur – YENİLƏNDİ
Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.
Rakus.az xəbər verir ki, bu barədə Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan məlumat verib.
Daxili İşlər naziri Süleyman Soylu isə məlumat verib ki, hələlik iki yaralı xəstəxanaya yerləşdirilib. Kənd yerlərində dağıntı barədə məlumatlar qeydə alınıb. Araşdırmalar davam edir.
Xatırladaq ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan yerli vaxtla saat 20:55-də Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb.
Aidiyyəti üzrə bütün dövlət qurumları təbii fəlakətlə bağlı fəaliyyət göstərir.
22:35
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli ilə 6,8 bal gücündə zəlzələ baş verib.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 6.75 kilometr dərinliyindədir. Təkan ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.