Hadisə 01.10.2019 16:19

Günəş və Ay bu vaxtlarda tutulacaq

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını açıqlayıb.

Rakus.az xəbər verir ki, Rəsədxana bildirib ki, iki Günəş, dörd Ay tutulması olacaq.

Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.

İl ərzində ən çox tutulma hadisəsi isə 2038-ci ildə baş verəcək. Yeddi tutulma hadisəsindən üçü Günəş, dördü isə Ay tutulması olacaq. Bu sayda tutulma axırıncı dəfə 1973-cü ildə baş verib.

2020-ci ildə baş verəcək altı tutulma hadisəsindən Azərbaycanda yalnız üçü müşahidə olunacaq. Bunlardan biri Günəş, ikisi isə Ay tutulması olacaq.

2020-ci ildə iki Günəş tutulması müşahidə olunacaq. İlin ilk Günəş tutulması 21 iyun 2020-ci ildə baş verəcək və bu yay günəşduruşu gününə təsadüf edəcək.

Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Tutulma hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.

Tutulma hadisəsi Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Günəş tutulmasının həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, Cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.

Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər. Azərbaycan ərazisində isə qismən Günəş tutulması müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.

Növbəti Günəş tutulması isə 2020-ci il 14 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır.

Tutulma hadisəsi saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2020-ci ildə dörd Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.

Birinci Ay tutulması 2020-ci il yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək. Bu, yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

İkinci Ay tutulması 2020-ci il iyun ayının 5-dən 6-sına keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır.

Tutulma hadisəsi saat 21:46-da başlayacaq və saat 01:04-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:26-da olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidəsi mümkün olmayacaq, yalnız xüsusi cihazlar vasitəsi ilə prosesi müşahidə etmək olacaq. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.

Üçüncü Ay tutulması 5 iyul 2020-ci ildə baş verəcək. Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də olacaq.

Tutulma hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə  hadisə Azərbaycanda  müşahidə olunmayacaq.

Dördüncü Ay tutulması 30 noyabr 2020-ci ildə baş verəcək. Bu 2020-ci ilin axırıncı Yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi saat 11:32-də başlayacaq və saat 15:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 13:44-də olacaq.

Tutulma hadisəsi Şimali və cənubi Amerikada, Avstraliyada və Asiyanın bəzi bölgələrində müşahidə olunacaq.

Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.

Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə  hadisə Azərbaycanda  müşahidə olunmayacaq.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO