Gürcüstanın Müstəqillik Günü qeyd edildi
Mayın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gürcüstan Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib.
Rakus.az xəbər verir ki, tədbir Gürcüstanın ölkəmizdəki səfirliyinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze gecəni açaraq bildirib ki, Azərbaycan və gürcü xalqlarını çoxəsrlik dostluq telləri və ortaq tarixi inkişaf yolu birləşdirir. Ölkələrimiz siyasi, iqtisadi, sosial və mədəni sahələrdə sıx əməkdaşlıq edir. Səfir Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.
Sonra Əməkdar artist Manana Caparidze, Ənvər Xabadze adına “Batumi” ansamblı və Acarıstan Dövlət Mahnı və Rəqs ansamblı tamaşaçılar qarşısında çıxış ediblər. Artistlər gürcü xalq mahnı və rəqslərini ifa ediblər.
Konsert böyük maraqla qarşılanıb.