Hadisə 03.07.2019 10:29

YENİLƏNDİ-2: Hacı Mazan ağır qəzaya düşdü - VİDEO

Xəbər verdiyimiz,Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Biləsuvarda qəzaya düşüb. O, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və əməliyyat olunub.
Rakus.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasından verilən məlumata görə, hazırda R.Zeynalov reanimasiya şöbəsindədir:
“Klinikaya daxil olarkən onun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı sınıqlar var idi. Həmçinin kəllə-beyin travması almışdı. Xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır idi. Klinikamıza yerləşdirilərkən dərhal cərrahiyə şöbəsində əməliyyata alındı. Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altındadır. Hazırda vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur. Hələ də reanimasiya şöbəsindədir”. (Unikal.org)

2 iyul, 14:52

Video əlavə olunub.

 

12:41

Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Rakus.az xəbər verir ki, məlumata görə Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.

12:14

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rakus.az xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü – 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İş adamı çənə, bud nahiyyələrindən ciddi sınıq xəsarətləri alıb. Hacı Mazan bu dəqiqələrdə xüsusi təcili yardım maşını ilə Bakıya göndərilib.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır. ( Virtualaz.org)

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS