Dünya 12.10.2019 03:34

“Hagibis” tufanı Yaponiyanı “dağıdacaq”

Yaponiya oktyabrın 12-də ölkənin mərkəzi hissəsinə yaxınlaşacaq çox güclü “Hagibis” tufanı ilə bağlı hazırlıq işlərini davam etdirir.

Rakus.az xəbər verir ki, tufanın çox geniş əraziyə güclü qasırğa və leysan yağışlar gətirəcəyi gözlənilir.

Bildirilir ki, oktyabrın 11-də Sakit okeandakı Oqasavara adalarını keçən tufan saatda 25 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Meteoroloqlar “Hagibis” tufanını 1958-ci ildə Yaponiyaya böyük ziyan vurmuş təbii fəlakətlə müqayisə edirlər. Həmin vaxt 1200-dən çox sakin ölmüşdü.

Tufanın oktyabrın 12-də Yaponiyanın mərkəzi hissəsinə çatması ilə əlaqədar ölkənin həm şərq, həm də qərb sahillərində güclü qasırğa proqnozlaşdırılır. Bütün yerli telekanallar əhalini su, yemək ehtiyatı görməyə, lazım gələrsə təxliyə ilə bağlı yolları dəqiqləşdirməyə çağırır.

Əlaqədar nazirliklərin rəhbərləri ilə görüşən Baş nazir Şinzo Abe onların hamısına fövqəladə vəziyyətə hazır olmağı tapşırıb.

Tufanın keçəcəyi ərazilərdə artıq suyun çıxarılması üçün maşınlar, işıqlandırıcı qurğular, daşqın və torpaq sürüşmələri ilə bağlı buldozerlər və digər lazımi texnika toplanıb. Həmin əraziyə əlavə olaraq ehtiyat generatorlar da yerləşdirilib. Ərazidəki hərbi hissələrin də hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.

Tufan günlərində “JR East” və “JR Toaki” şirkətləri bir sıra xətlərdə qatarların hərəkətinin dayandırılacağını elan edib. Yerli aviaşirkətlərin də 370-dən çox daxili və beynəlxalq reysi təxirə saldığı bildirilir.

Bununla yanaşı, Yaponiyada davam edən reqbi üzrə dünya kubokunun oktyabrın 12-nə təyin edilmiş iki oyunu təxirə salınıb. “Formula 1” Yaponiya Qran Prisinin həmin günə təyin olnmuş təsnifat gedişləri dayandırılıb.

“Toyota” şirkəti isə özünün ölkə ərazisində yerləşən üç zavodunda işlərin dayandırılacağını elan edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO