Dünya 01.05.2019 09:22

Hakimiyyətin rəmzləri təqdim edildi

Mayın 1-də Yaponiya İmperatorunun səlahiyyətlərini təsdiq edən rəmzlər – dövlət möhürü, İmperator möhürü, həmçinin müqəddəs reqaliya hesab edilən qılınc və qiymətli yaşma daşı ölkənin yeni monarxı Naruhitoya təqdim edilib.

Rakus.az xəbər verir ki, Tokionun mərkəzində yerləşən İmperator asarayının “Şam ağacı zalı”nda keçirilən mərasim ölkənin milli telekanalları ilə birbaşa yayımlanıb. Mərasimdə hakimiyyətin üç qolunun nümayəndələri – Baş nazir Şinzo Abe, nazirlər, parlamentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin hakimləri iştirak ediblər.

İmperatorun ictimaiyyətin daha geniş dairəsi ilə görüşü də nəzərdə tutulur. Görüşdə İmperator Naruhito ilk dəfə xalqa müraciət edəcək.

Qanuna uyğun olaraq, vəliəhd-şahzadə İmperator səlahiyyətlərini mayın 1-nə keçən gecə, aprelin 30-da atası İmperator Akito istirahətə getdikdən sonra əldə edib. Eyni zamanda həmin vaxt Yaponiyada yeni Reiva dövrü başlanıb.

Xatırladaq ki, İmperator Akihito 2016-cı ilin avqustunda xalqa müraciət edərək yaşının çoxluğu ilə əlaqədar taxtdan imtina etmə niyyətini açıqlayıb. Yaponiya qanunvericiliyi monarxdan öz səlahiyyətlərini ömrünün sonunadək icra etməyi tələb edir. Buna baxmayaraq, İmperator Akihto üçün istisna hal olaraq parlament tərəfindən onun taxtı tərk etməsinə icazə verən xüsusi qanun qəbul edilib. Taxtdan imtina etdikdən sonra Akihito “Fəxri İmperator” adını alıb və bundan sonra o, dövlət tədbirlərində iştirak etməyəcək. Buna görə də o, bu gün sarayda keçirilən mərasimdə iştirak etmir.

İmperator Naruhito isə, İkinci Dünya müharibəsində məğlub olan Yaponiyada anadan olan ilk monarxdı. O, Tokio elit Qakusuin universitetində və Oksfordda təhsil alıb.

Yeni İmperatorun həyat yoldaşı Masako isə, tanınmış yapon diplomatının qızıdır və o, Tokio Universitetində və Harvardda təhsil alıb. Ailə quranadək Yaponiya Xarici İşlər nazirliyində çalışıb.

İmperator cütlüyünün yeganə övladı şahzadə Ayko 2001-ci il dekabrın 1-də dünyaya gəlib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO