Hadisə 19.05.2023 19:43

Evini məcburi tərk edən hamilə qadın oğlunu qatarda dünyaya gətirib - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya  olunmuş, erməni işgəncələrinə məruz qalmış Zivər Muradovanın həyat hekayəsinə həsr edilib.

O, Zəngəzur mahalının Qafan rayonunda doğulub, 1988-ci ildə ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb, rayonda yerləşən Elektron Zavodda işləyən azərbaycanlı kimi başına gətirilən müsibətlərdən, şahidi olduğu hadisələrdən, ermənilərin türklərə qarşı necə nifrət bəsləməsindən danışıb.

Onun sözlərinə görə, 1988-ci ildə erməni-müsəlman davası başlayanda ermənilər Sumqayıtdan zavoda axın ediblər: “Üstümə gəlirdilər  ki, sən çıx get burdan, bizim rayonda qalma, sən türksan, öz ölkənə, Azərbaycana çıx get. Mən də kövrəlirdim, pis olurdum…”

Hamilə ola-ola doğma evlərini məcburən tərk etdiyini deyən Z.Muradova  başına gələn müsibətləri göz yaşı ilə söyləyib: “Gecə saat üçün yarısı idi, ermənilərin yatan vaxtı idi. Qar da o qədər yağmışdı ki, tərpənmək mümkün deyildi. Biz qorxa-qorxa dəmir yoluna gəldik ki, bizi görməsinlər, yoxsa öldürərlər. Səhər tezdən dəmir yolu relsləri ilə Azərbaycan torpağına üz qoyduq. Otuzuncu kilometr deyilən yer var ora gəldik. Artıq mənim ayaqlarım yerimirdi, 40 kilometrədək yol gəlmişdik. Mən hamilə vəziyyətdə, ayaqlarım yerimirdi.

Bir yük maşını gəldi. Mənə dedilər ki, gəl otur sürücünün yanında. Gəldim sürücünün yanına, baxdım ki, orada bir qaçqın var, qucağında da  əkiz övladı var. Mənə yer olmadı. Məni güc-bəla ilə maşının yük yerinə mindirdilər. Şayıflı deyilən yer var, ora gəlib çıxdıq. Məni dörd nəfər bir təhər maşından yerə  endirdilər. Artıq heyim yox idi, ayaqlarımın altı qabar olmuşdu. Gəldik  Bakı-Zəngilan qatarına mindik. Gördüm, özümü pis hiss edirəm, anama dedim ki, vəziyyətim pisdir. Orada azərbaycanlı qadınlar var idi. Anam onlara yaxınlaşıb dedi ki, qızımın ağrısı tutub. Nəhayət, Cəbrayıl rayonuna gələndə anam və bir nəfər məni qatarda yatızdırdılar və oğlum Namiq dünyaya gəldi…”

O, gec-tez yenə doğulduğu doğma Qafan rayonuna gedib orada  yaşayacağına əmin olduğunu bildirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Zivər Muradovanın “Həyat hekayəsi”nə mayın 19-da  saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında azərbaycan və rus dilində baxa bilərsiniz. 

 

 

 

XƏBƏR LENTİ
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Sosial, Video müsahibə / 29.05.2023 20:38
Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Gündəm / 28.05.2023 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Təhlil / 27.05.2023 12:05
Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO
Maraqlı, Video müsahibə / 26.05.2023 21:07
Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO
Maraqlı / 26.05.2023 13:35
Ailəsi 3 dəfə deportasiya olunub, özü isə qatarda dünyay göz açıb – ANONS
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO
Siyasi / 25.05.2023 14:48
Qondarma dövlətin insanlıq suçu – ANONS
Gündəm, Sosial, Video müsahibə / 24.05.2023 20:35
Ağbaba mahalı necə parça-parça edildi? - FOTO - VİDEO
Siyasi / 24.05.2023 15:19
Qərbi Azərbaycan Xronikası – ANONS
Mədəni, Video müsahibə / 24.05.2023 11:48
Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Dünya, Təhlil / 23.05.2023 16:03
Politoloq: “Moskva görüşü Vaşinqtonda keçirilən görüşün davamı olacaq”
Gündəm, Video müsahibə / 22.05.2023 19:43
Ermənistanda zəlzələ olmasaydı azərbaycanlıları qıracaqdılar  - FOTO - VİDEO
Hərbi, Səhiyyə / 22.05.2023 15:49
Qərbi Azərbaycan Xronikası – ANONS
Hadisə, Maraqlı, Video müsahibə / 19.05.2023 19:43
Evini məcburi tərk edən hamilə qadın oğlunu qatarda dünyaya gətirib - FOTO - VİDEO