Dünya 15.04.2020 22:07

Hansı milyarder nə qədər zərərə düşdü?

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə dünyanın bir çox yerində şirkətlər bağlanıb, mağazalar fəaliyyətini müvəqqəti dayandırıb. Bu isə milyarderlərin də biznesinə təsirsiz ötüşməyib. Bəziləri min, bəziləri milyon, bəziləri isə milyardlar itirib.

Rakus.az xəbər verir ki, “Forbes” dərgisi hər il hazırladığı milyarderlər siyahısını bu dəfə onların itirdikləri məbləğə həsr edib.

Siyahıda hər zaman ilk 10 sırada yer alan iş adamları koronavirusa görə nə qədər məbləğ itirib?

Fransız iş adamı,”LVMH”ın sahibi Bernar Arno ticarət mərkəzlərinin bağlanması ilə 14 milyard dollar itirib. Onun var-dövlətinin ümumi dəyəri 84,6 milyarda enib. Hələ bir neçə həftə əvvəl Arno dünyanın ən varlı insanı idi və onun var-dövləti 100 milyard dollar dəyərində idi.

Fransız milyarder, “Saint Laurent” və “Gucci” kimi brendlərin daxil olduğu “Kering”in sahibi Fransua Pino bir neçə həftə içində 5,9 milyard dollar itirib. O, ümumilikdə 30,6 milyard dollar sərvətin sahibidir.

Var-dövləti 17,3 milyard dollar olan “Luxottica” eynəklərinin yaradıcısı Leonardo del Vekkio 4,9 milyard dollar itirib. “Luxottica”nın əsas mağazası Milanda yerləşir və hazırda fəaliyyətini müvəqqəti dayandırıb.

COVID-19 ispan milyarder, “Zara” və “Massimo Dutti”nin sahibi Amansio Orteqaya da təsirsiz ötüşməyib. O, 5,2 milyard dollar itirib. Hazırda Orteqinin sərvəti 58,1 milyard dollar dəyərindədir.

“L’Oréal”ın yaradıcısının varisi, dünyanın ən varlı qadını Fransuaz Betankur-Mayersin sərvəti 8,9 milyard dollar azalıb. Hazırda onun 48,3 milyard dollar sərvəti var.

“Amazon”un yaradıcısı Ceff Bezos hələ də dünyanın ən varlı şəxsi olaraq qalır. Onun sərvəti 6,4 milyard dollar azalaraq, 110,5 milyard dollara düşüb.

“Facebook”un yaradıcısı Mark Zukerberq 5,7 milyard dollar itirib. Onun sərvəti 57,4 milyard dollara enib.

“Google”un təsisçisi Larri Peyc 4 milyard dollar itirib. Onun sərvəti 51,7 milyard dollara enib.

“Microsoft”un keçmiş rəhbəri Stiv Balmer 4,3 milyard dollar itirib. Onun sərvəti 52,3 milyard dollardır.

“Microsoft”un yaradıcısı Bill Qeyts 5,3 milyard dollar itirib. Onun hazırda var-dövləti 99,2 milyard dollar dəyərindədir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO