Rusiya İstintaq Komitəsi İrkutskda 15 saylı cəzaçəkmə müəssisəsində qiyamın nəticələri barədə kadrlar yayımlayıb.
Rakus.az xəbər verir ki, hadisə ilə bağlı iki cinayət işi açılıb.
Qiyamda iştirak edən 200 nəfərin şəxsiyyəti müəyyən edilib.
Koloniyada fövqəladə vəziyyət rejimi elan edilib. Qiyam iştirakçıları digər həbsxanalara və təcridxanalara göndərilib.
Xatırladaq ki, aprelin 9-da məhkumlardan biri müəssisə əməkdaşlarının tələblərini yerinə yetirməyərək, məhbuslara qiyam qaldırmaq barədə çağırış edib. Aprelin 10-da koloniyada baş vermiş yanğında 1 məhkum həlak olub.