“Heç bir səhvə yol verməmişəm” – Donald Tramp
ABŞ Prezidenti Donald Tramp Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə telefonla danışmaqla heç bir səhvə yol vermədiyini deyib.
Rakus.az xəbər verir ki, xəbər agentliklərinin bildirdiyinə görə, Donald Tramp Vladimir Zelensikini 2020-ci il sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını istəyib.
Prezident Zelenski ilə söhbətini “tam mükəmməl” adlandırıb.
“Söhbət daha çox təbrik mahiyəti daşıyıb, baş alıb getməkdə olan korrupsiyadan olub. Biz Co Bayden və onun oğlu kimi xalqımızın Ukraynada korrupsiya yaradılmasında iştirakını istəmirik”, – Tramp deyib.
Xəbər agentlikləri Trampın Zelenskidən telefon söhbəti zamanı 8 dəfə Baydeninin oğlu barədə araşdırma aparılmasına çağırdığını bildirir. Mənbələrə istinadən bildilirib ki, Tramp Zelenskinin vəkili Rudolf Culiani ilə Baydeni kölgəyə salacaq araşdırma ilə bağlı əməkdaşlıq etməsini istəyir.
Ukraynanın xarici işlər naziri Vadim Prıstayko Hrmodanski xəbər agentliyinə deyib ki, Ukrayna belə bir mövqedə olsa bilsəydi də, ABŞ siyasətində tərəf tutmazdı.
Tramp və Culiani artıq həftələrdir Baydenlə bağlı araşdırmalar aparılmasına çalışır. Bu, xəbərlərdə Baydenin kiçik oğlunu işə götürməklə Ukraynanın enerji şirkətinin ABŞ-da nüfuzunu artırmaq səylərindən bəhs edildikdən sonra baş verir.
Demokratları Baydenə ziyan vurulacağı narahat edir. Bayden demokratlar arasında aparıcı namizəddir.