“Heç vaxt tək qala bilmirəm…” - FOTO
“Arada mənə yazırlar ki, nə çirkinsən, ölürəm səndən ötrü. Elə bilirəm ki, insan yanımdadır, ona görə belə çox istəyir. Hələ olduğum yeri anlamıram. Özümə müəyyən çərçivələr qoymuşam, dəliliklərim yerindədir və onları dəyişməyəcəm. Bəlkə efirə az çıxıram, çıxsam insanlar bunu görərə. Verilişlərdə şarlardan, əlavə bəzəklərdən bezmişəm. Özümə söz vermişəm və hamıya tapşırmışam ki, nə vaxt ağlım başımdan getsə, başıma vurun özümə gəlim. Heç bir yeni ifaçıya məsləhət vermərəm”.
Mental sakitliyim üçün türk mütəxəssislərlə görüşürəm. Yollar bağlandığı üçün indi gedə bilmirəm. 2014-cu ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil, nə deyirdilər, ağlayırdım. Sən demə, bu uşaqlıqdan qalan bir psixoloji problemdir. Heç vaxt tək qala bilmirəm. Ancaq İstanbuldakı evimə gedirəm. Mən olmadığım halda evimi təmizləyən olur. Lakin mən gedirəmsə, hər şeyi özüm edirəm, beynimi təmizləyirəm. Burada isə mümkün deyil”.
Təxirə düşən konsertindən söz açan Röya maddi ziyana düşdüyünü etiraf edib: “Konsertə ruhən hazır idim. Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislər cəlb etmişdik, təxirə saldıq. Maddi tərəfdən ziyanımız oldu, hələ də davam edir. İndi isə konserti tamamilə dəyişdik. Geyimlər filan… Mən eyni qala bilməzdim. Konsertimə gələn insanların hamısını görürəm. Məni hiss edən insanları o an tapıram. Kim məcbur gəlirsə, onu da deyirəm”.
Sənətçi sevgidən söz açaraq bildirib ki, eşq yaşadığı şəxslə çox bir arada ola bilmir: “Evdə oturub fikirləşirəm ki, karantin dövründə boşanmaların sayı artacaq. Ya da hər kəs mənim kimi “nə gözəl qohumlarımız var” deyəcək. Sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıxıb getsin”.