Səhiyyə 01.06.2020 10:00

Həkimlərə COVID-19-a görə əlavə pul verilib

Azərbaycan Prezidentinin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən ümumilikdə 11 707 nəfərə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Rakus.az xəbər verir ki, agentliyin məlumatına görə, ödəniş alanlardan 9 015-i tibb işçisi, 2 692-si qeyri-tibb işçisidir.

Məlumata görə, Bakı şəhəri üzrə 140, respublikanın digər şəhər və rayonları üzrə 115 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə aprel ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.1 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1.Tibbi profilaktik tədbirləri həyata keçirən 3 124 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.9 milyonmanat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı/aylıq iş günlərinin sayı/iş saatlarının cəmi) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: “Poliklinikada çalışan həkim terapevtin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 216 manat 35 qəpik müddətli əlavə almalıdır. 216.35 = ((375 / 26) x 5) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

2.Təcili tibbi yardım xidməti göstərən 3 837 tibb işçisinə və həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 269 laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.3 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: “Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 11-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 60 saat işə cəlb olunubsa, deməli 576 manat 92 qəpik müddətli əlavə almalıdır. 576.92 = ((375 / 156) x 60) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 785 tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.6 milyonmanat ödənilib.

“Maliyyə departamentinin rəhbərinin izahı: “Xəstəxanada çalışan həkim infeksionistin 11-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 375 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 360 manat 58 qəpik müddətli əlavə almalıdır. 360.58 = ((375 / 26) x 5) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”.

Onu da qeyd edək ki, 2 692 qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 5 gün işə cəlb olunubsa, deməli 184 manat 77 qəpik müddətli əlavə almalıdır. 184.77 = ((271 / 22) x 5) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq”, –  agentlikdən bildirilib.

Qeyd edək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən aprel ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Xatırladaq ki, mart ayı üzrə agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 634 tibb işçisinə, 2 386 qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat müddətli əlavə ödənilib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi”
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO