“Hələ ki mən sevilirəm…”
“Xalqın içində oluram. Məni duz kimi yalayıb, bağırlarına basırlar. Günü-gündən gözəlləşirəm, pöhrələnirəm”.
Qadına şiddətdən bəhs edən Seyidcahan keçmiş həyat yoldaşını xatırlayıb: “Həyatımda heç zaman şiddətə məruz qalmamışam. Mehriban qadınam. Bu yaşıma çatmışam, amma həyat yoldaşım mənə hələ çırtma da vurmayıb. Əslində hər zaman düşünmüşəm ki, görəsən bir kişi necə ola bilər ki, xanımı vursun? Bir dəfə ərim məni vurardı, bilərdim ki, vurmaq necə olur. Mənim ailəm dağılanda hamı şoka düşdü ki, bunların ailələri mehriban ola-ola, necə oldu ayrılmaq qərarına gəldilər? Çünki mən elə bir insanam ki, hər şeyi ört-basdır edirəm. Nələrinsə üstündən keçib, bağışlaya bilirəm.
Gələcəyim qarşıdadır. Hələ ki mən sevilirəm. Hazırda biz koronavirusla mübarizə aparırıq. İndiki zamanda yenidən ailə qurmaq məsələsi aktual deyil, durğunluqdur”.