Hərbi 04.03.2025 19:01

“Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki,  aparıcı Ellada Sarvanın qonağı ehtiyatda olan polkovnik Elmar Hüseynov olub.

O, bu günlərdə 33 illiyi anılan erməni vəhşiliyinin nümunəsi – Xocalı soyqırımından danışıb, 1-ci Qarabağ savaşı zamanı 1990-cı ildə Xocalı aeroportunun erməni-rus hərbçilərindən təmizlənməsində və terror aktlarının qarşısının alınmasında aktiv iştirak etdiyini, həmin hadisələrdən sonra daşnak Zori Balayanın bir daha Qarabağa ayaq basmadığını söyləyib.

Onun sözlərinə görə, 2-ci Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun dağılmaz olduğu mifi məhv edildi: “Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb. Azərbaycan ordus öz torpaqlarını müdafiə etməyə qadir olduğunu sübut edib. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyada nümunə göstərilir”.

Uzun illər müxtəlif zabit vəzifələrində xidmət etdiyini, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə terrorla mübarizədəki xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunduğunu deyən  ehtiyatda olan polkovnik Ermənistanın xarici ölkələr tərəfindən silahlandırıldığını bildirib: “Ermənistanda “silahlanma yarışı” gedir. Onlar silah alveri edirlər. Fransa və Hindistandan aldıqları silahı Rusiyaya satırlar. Azərbaycan isə ölkəni qorumaq üçün silah alır. Biz qonşularımızla sülh şəraitində yaşayırıq və yaşamaq istəyirik. Ermənistan həmişə xarici qüvvələr üçün regionda gedən proseslərə təsir vasitəsi olub. Ermənistanın bundan sonra qırmızı xətti keçmək ehtimalı olarsa, bölgədə yeni hərbi toqquşma ehtimalı yarada bilər”.

E.Hüseynov Azərbaycanda gənclər arasında hərbi vətənpərvərlik ruhundan, Qərbi azərbaycanlıların doğma yurda qayıdışından danışıb və bildirib ki, Azərbaycan gəncləri öz ölkəsinin vətənpərvərləridirlər. Qərbi Azərbaycan kökənli gənclər öz ata-baba yurdlarına qayıtmağa can atırlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə martın 4-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Миф о непобедимости армянской армии был разрушен в апреле 2016 г.»

Сегодня на Бакинском телевидении подготовлен очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был полковник в отставке Эльмар Гусейнов.
Он рассказал о Ходжалинском геноциде, образце армянского варварства, 33-я годовщина которого отмечается в эти дни, и сказал, что во время Первой Карабахской войны он активно участвовал в зачистке аэропорта Ходжалы от армяно-российских солдат в 1990 году и предотвращении террористических актов, и что после этих событий дашнак Зорий Балаян больше никогда не ступал на территорию Карабаха.
По его словам, миф о непобедимости армянской армии был разрушен во 2-й Карабахской войне, 44-дневной Отечественной войне: «Миф о непобедимости армянской армии был разрушен еще в апреле 2016 года. Азербайджанская армия доказала, что способна защитить свои земли».
Заявив, что он долгие годы служил на различных офицерских должностях и за заслуги в борьбе с терроризмом Указом национального лидера Гейдара Алиева в 1999 году был награжден орденом «Азербайджанское знамя». Полковник запаса заявил, что Армения вооружается зарубежными странами: «В Армении идет «гонка вооружений». Они торгуют оружием. Они продают в Россию оружие, закупленное во Франции и Индии. Азербайджан закупал оружие для защиты страны. Мы живем и хотим жить в мире с нашими соседями. Армения всегда была инструментом в руках иностранных сил. «Если Армения в будущем пересечет красную линию, это может создать возможность нового военного столкновения в регионе».
Э.Гусейнов рассказал о духе военного патриотизма среди молодежи Азербайджана, возвращении западных азербайджанцев на родину, и отметил, что молодёжь Азербайджана – патриоты своей страны, молодёжь горит желаньем вернуться на земли своих предков.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.
Передача вышла в эфир 4 марта в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Hərbi, Müsahibə / 04.03.2025 19:01
“Məğlubedilməz Ermənistan ordusu mifi hələ 2016-cı ilin aprelində dağılıb” - VİDEO
Siyasi, Sosial / 04.03.2025 14:36
Ermənilərin xaraba qoyduğu məskənlər – ANONS
Hərbi / 04.03.2025 11:37
Ermənistanda “silahlanma yarışı” gedir – ANONS - VİDEO
Mədəni / 04.03.2025 00:01
Bu gün Od çərşənbəsidir
Müsahibə / 03.03.2025 22:09
“Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edirdi” - FOTO - VİDEO
Təhlil / 03.03.2025 16:05
Vaşinqtonla Kiyevin mübahisəsi – ABŞ – Aİ “toqquşması” – TƏHLİL
Siyasi / 03.03.2025 12:42
“Londonun Kiyevə hərbi dəstəyi Avropanın təhlükəsizliyi üçün də önəmlidir”  - FOTO - VİDEO
Mədəni, Siyasi / 01.03.2025 22:12
“Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar” - FOTO - VİDEO
Mədəni / 01.03.2025 14:22
İstisuda qadınların “parçakəsdi” mərasimi – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 28.02.2025 22:41
“Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar” - FOTO - VİDEO
Təhlil / 28.02.2025 15:56
Regional reallıq – PKK arxivə göndərilir – TƏHLİL
Siyasi / 28.02.2025 15:23
Qərbi Azərbaycana qayıdış APA-nın Bakı Bəyannəməsində qeyd edilib - FOTO
Elm və təhsil, Siyasi / 28.02.2025 13:40
Ermənilər dərs saatlarımızı vermirdilər – Mahir Məsimovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 27.02.2025 22:38
Paşinyan Azərbaycana dəhliz verib, amma bunu “yol” adı altında gizlədir? - FOTO - VİDEO
Təhlil / 27.02.2025 17:17
Erməni hamisi Zatulin – zühur edən “qırxıqbaş” – TƏHLİL
İqtisadi, Siyasi / 27.02.2025 13:34
Zəngəzurdan Naxçıvana keçid olacaq? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 27.02.2025 10:23
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir - FOTO - VİDEO
Elm və təhsil / 26.02.2025 22:41
“Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?” - FOTO - VİDEO
Təhlil / 26.02.2025 17:47
Uğursuz elçilik – Trampın Makrona tapşırığı – TƏHLİL
Elm və təhsil / 26.02.2025 13:39
Fransız səyyahları İrəvan haqqında nə yazıb? – ANONS - VİDEO
Mətbuat, Siyasi / 26.02.2025 12:47
Xocalı cinayətini törədənlərin cəzalandırılması vacibdir - FOTO - VİDEO
Gündəm / 26.02.2025 10:25
Xalq Xocalı soyqırımı qurbanlarının xatirəsini anır - FOTO
Gündəm / 26.02.2025 10:17
Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - FOTO
Gündəm / 26.02.2025 10:02
Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşıb - VİDEO
Gündəm / 26.02.2025 00:03
Xocalı soyqırımından 33 il ötür - FOTO
Siyasi, Sosial / 25.02.2025 22:16
Anağızoğlu, Anagüney, And, Angersak – türk tarixinin izi - FOTO - VİDEO