Həmsədrlər son toqquşmalarla bağlı bəyanat verdi
ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) iyulun 12-13-də Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayıblar.
Rakus.az xəbər verir ki, ATƏT-in saytında yayılmış bəyanatda deyilir:
“Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir.
Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir”.