Dünya 06.10.2020 12:00

Hikmət Hacıyev: “Amnesty International” qərəzli təşkilat olduğunu göstərdi”

“Bu açıqlama ilə “Amnesty International” bir daha nə qədər birtərəfli, qərəzli, ikili standartlardan çıxış edən, yalnız kağız üzərində müstəqil və ermənipərəst bir təşkilat olduğunu göstərdi”.

Rakus.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Amnesty International”un Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də törətdiyi hərbi təcavüz ilə əlaqədar tamamilə həqiqətdən uzaq açıqlaması ilə bağlı şərhində deyib.

H.Hacıyev bildirib ki, özünü yalandan qeyri-hökumət təşkilatı adlandıran “Amnesty International”, əslində, siyasi sifarişlər yerinə yetirməklə, QHT fəlsəfəsinə böyük zərbə vurur:

“Biz “Amnesty International”ın bu açıqlamasını rədd edirik. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün öz ərazimizdə vuruşur və yalnız legitim hərbi hədəflərə yüksək dəqiqliklə zərbələr endirir. Ordumuz mülki əhalini və obyektləri hədəfə almır və kasetli sursatlardan istifadə etmir.

Əgər Ermənistan kasetli sursatların istifadəsindən narahatdırsa, o zaman Kasetli hərbi sursatlar haqqında konvensiyaya ilk növbədə özü qoşulsun. Lakin bunu etməyən Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı kasetli sursatlardan istifadə edir.

Sual olunur. “Amnesty International” nəyə görə cəbhə zonasından uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, böyük su anbarı və elektrik stansiyasının, eləcə də, digər strateji obyektlərin yerləşdiyi Mingəçevirin mülki əhalisinə qarşı Ermənistanın raket hücumlarını görməzdən gəlir.

Sentyabrın 27-dən bu günə kimə Ermənistanın hücumları nəticəsində 27 mülki şəxs həlak olub, 141 mülki şəxs isə yaralanıb. Bundan əlavə, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşüb.

Ermənistanın bu raket hücumları beynəlxalq mülki aviasiya üçün də böyük təhlükə törədir.

Bundan başqa, Azərbaycanı Kasetli hərbi sursatlar haqqında konvensiyaya qoşulmağa çağırmaqla, özünü “ədalət çarçısı” kimi qələmə verən “Amnesty International” niyə Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edən qətnamələrini icra etməyə çağırmır?!

Bu saxtakar təşkilat Azərbaycan cəmiyyətində ikrah doğurur. “Amnesty International” və bu qəbildən olan “qeyri-hökumət təşkilatları”nın fəaliyyətinə ən düzgün qiyməti sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev verib”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO