Dünya 08.12.2020 23:39

Hikmət Hacıyev: “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub”

Məşhur “The Washıngton Times” qəzetində Azərbaycan Prezidentinin köməkçisi, – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub” sərlövhəli məqaləsi dərc edilib.

Rakus.az xəbər verir ki, Hikmət Hacıyev qeyd edib ki, 6 həftəlik müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərini otuz ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələri ölkələrinə qayıdıblar.

İndi barışmaq və dağıdılanları bərpa etmək zamanıdır, ancaq bəzi beynəlxalq mətbuat orqanları əsassız olaraq guya Azərbaycanın bu ölkədəki xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” törətməyi planlaşdırması barədə ittihamlar irəli sürürlər.

H.Hacıyev qeyd edib ki, belə iddiaları “sübut etmək” üçün dini abidələrin sovet dövründə dağıdılmasına əsaslanan fərziyələr irəli sürülür. Keçmiş SSRİ-nin bütün ərazisində dini binalar dağıdılırdı. Bütün sovet məkanında dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada pravoslav kilsələri, Azərbaycanın paytaxtı Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.

Prezidentin köməkçisi bildirib ki, müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan çoxkonfessiyalı irsin bərpa edilməsinə tərəfdar olduğunu bütün dünyaya nümayiş etdirib. Bakıdakı erməni kilsəsi 1990-cı ildə hərc-mərclik dövründə zədələnəndən sonra tam bərpa olunub. Hazırda bu kilsədə yerləşən kitabxanada beş minə yaxın qiymətli erməni əlyazması saxlanılır. Bir neçə il bundan əvvəl Erməni Kilsəsinin başçısı Bakıdakı kilsənin fəxri qonağı olub. Azərbaycan hökuməti tərəfindən Bakıda ayrılmış ərazidə yeni katolik kilsəsi tikilib, bu kilsənin açılışında Roma Papası şəxsən iştirak edib. Köhnə sinaqoqlar bərpa edilib, yeniləri açılıb, yeni yəhudi məktəbləri tikilib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan hökuməti respublika hüdudlarından kənarda – Vatikan katakombaları, Fransada roman kilsələri, Strasburq kilsəsinin vitrajları kimi dini abidələrin bərpası layihələrinə maliyyə yardımı göstərib. Ona görə də dünya Azərbaycan rəhbərliyinə inana bilər və inanmalıdır, çünki ölkə rəhbərliyi bizim bu sözlərimizi öz əməli fəaliyyəti ilə təsdiq edir. Azərbaycan rəhbərliyi açıq elan edib ki, işğal nəticəsində dağıdılmış Qarabağ regionunda xristian və müsəlman irsini bərpa edəcək. UNESCO-nun da həmin layihədə iştirak edəcəyini bildirməsi alqışa layiqdir.

Prezidentin köməkçisi daha sonra qeyd edib ki, Azərbaycan tərəfi 1990-cı illərin əvvəlində 700 minə yaxın azərbaycanlının qovulduğu ərazilərdə ermənilər tərəfindən dağıntılar törədilməsini bilirdi. Dağıdılmış evlərin və dini binaların şəkillərini “Google” axtarış sisteminin xəritələrində görmək olardı. İndi isə bütün bunları əyani şəkildə görmək mümkündür. İşğal nəticəsində 700–dən çox tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox artefaktın saxlandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalı zədələnib və ya məhv edilib.

Ermənistanın bu dağıdıcı siyasəti hələ də davam edir. BBC teleşirkətinin noyabrda nümayiş etdirdiyi kadrlarda işğal altında olan əraziləri üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq tərk edən ermənilər tərəfindən “azərbaycanlıların oraya gələ bilməmələri üçün” evlərin yandırılması aşkar görünür.

“Hesab edirik ki, Azərbaycanın müxtəlif mədəniyyətlərə və dinlərə həssas münasibəti ibrət götürülməli nümunədir. Bu gün bizim ölkədə azərbaycanlılarla birgə yaşayan minlərlə yəhudi və xristian müsəlman qonşuları ilə birlikdə öz dininə açıq etiqad edir, öz mədəniyyətini təbliğ edir.

2016-cı ildə Papa Fransisk Bakıda səfərdə olarkən müsəlman, yəhudi və xristian dini liderləri ilə görüşdə xüsusi qeyd edib ki, bu ölkədə “dinlərin qarşılıqlı münasibətləri və xoş niyyətləri əsasında harmoniya qurula bilməsi” təqdirəlayiqdir.

Biz bəzi şəxslərin uydurma ittihamlarını qəbul edə bilmərik ki, guya Azərbaycan xristian irsinə qarşı təhlükə mənbəyidir. Azərbaycanı işğaldan bu yaxınlarda azad edilmiş ərazilərdə xristian irsinə təhdid yaratmaqda ittiham edənlər nəzərə almalıdırlar ki, Azərbaycan ölkənin qalan ərazisində dini binaları bərpa edib və dini etiqad mərasimlərini təşviq edib”, – Hikmət Hacıyev qeyd edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO