Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın arasında telefon danışığı baş tutub.
Rakus.az xəbər verir ki, bu barədə H.Hacıyev özünün “Twitter”də məlumat verib.
“Mütəmmadi təmasda olduğum dostum İbrahim Kalın ilə telefon danışığından məmnun qaldım. ATƏT və Minsk Qrupunun üzvü və regionda aparıcı ölkə kimi Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesindəki vacib rolunu bir daha ifadə etdik”, – o bildirib.