Dünya 26.05.2020 22:07

Hindistan daxili uçuşlar bərpa etdi - FOTO

Hindistan iki aydan sonra məhdudiyyətlərin tədricən azaldılmasına qərar verdikdən sonra bazar ertəsi ölkə daxilində uçuşlar bərpa edilib.

Rakus.az xəbər verir ki, hava yollarının ekipaj üzvləri təyyarələrə qoruyucu geyimdə, sərnişinlər isə maskalarda gəlib.

Hava yolları xidmətlərinin açılması xaos və çaşqınlıqla müşayiət olunub. Belə ki, Mumbay kimi qaynar nöqtələrdə uçuşlara məhdudiyyət tətbiq edilən Mahararaştra kimi ştatlarda bir çox sərnişin hava limanlarına gedərək, çok sayda uçuşun ləğv edildiyinin şahidi olub.

Bazar günü koronavirusa yoluxma sayı rekord dərəcədə artan Hindistan İranı arxada qoyaraq, dünya ölkələri arasında yoluxmaların sayına görə 10-cu yerə çıxıb.

“İqtisadiyyatın açılması ilə yoluxma halları artacaq. Lakin bu göstərilən rəqəmlərdən narahat olsaq da, panikaya ehtiyac yoxdur. Təcrid Hindistana pandemiya ilə mübarizə aparmaq üçün vaxt verdi” – deyə, Hindistan İctimai Səhiyyə Fondunun eksperti Racmohan Panda bildirib.

Koronavirusun yayılmasının qarşısını almaq üçün Hindistan martın sonlarında bütün daxili və beynəlxalq uçuşları dayandırmışdı. Pandemiya nəticəsində tənəzzülə uğramış iqtisadiyyatı canlandırmaq üçün ölkə tədricən səyahətləri bərpa edir və müəssisələrin yenidən açılmasına imkan verir.

Təyyarə uçuşları indi əvvəllə müqayisədə tamamilə fərqli bir təcrübədir. Bəzi sərnişinlər bunun narahatlıqlara səbəb olduğunu, bəziləri isə belə sərt tədbirlərin səyahətə çıxmaq üçün güvən verdiyini deyib.

Sərnişinlər hava limanına uçuşdan azı iki saat əvvəl gəlməli, yükləri dezinfeksiya olunmalı, təhlükəsizlik işçilərinin sosial məsafə normalarını ciddi şəkildə tətbiq etmələrinə baxmayaraq, qızdırma müayinəsindən keçməlidir. Bütün bunlardan əlavə, sərnişinlərin telefonlarında hökumətin COVID-19-u izləmə tətbiqinin də olduğu təsdiqlənməlidir. Bəzi sərnişinlərə virusdan qorunmaq üçün əlavə qoruyucuıar verilib.

Bir neçə ştat gələn sərnişinlərin məcburi olaraq karantindən keçməli olduqlarını bildirib.

Bazar günü 6.777 yeni yoluxma halının təsdiq edilməsindən sonra Hindistanda koronavirusa yoluxanların sayı 138.845-ə çatdı. Bu, 13 gün əvvəlki rəqəmdən təxminən iki dəfə çoxdur. Ölkədə koronavirus nəticəsində 4000-dən çox insanın öldüyü bildirilib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO