Dünya 25.03.2020 17:00

Hindistanda 21 günlük karantin rejimi elan olundu

Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə səviyyəsində 21 günlük xüsusi karantin rejimi elan olunub.

Rakus.az xəbər verir ki, ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması hökuməti belə addım atmağa vadar edib. Hökumət vətəndaşlara ciddi səbəb olmadığı halda küçəyə çıxmamağı tövsiyə edib. Baş Nazir Narendra Modi televiziya ilə xalqa müraciətində karantin rejiminin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində çox vacib olduğunu deyib.

“Hindistanı, onun vətəndaşlarını, sizi, ailələrinizi qorumaq üçün hər bir küçə, hər bir məhəllə bağlı saxlanılacaq”, – deyən Baş Nazir, xalqı çaxnaşmaya düşməməyə çağırıb və əsas tədarüklərin mərkəzi hökumət tərəfindən təmin ediləcəyini deyib.

Xüsusi karantin rejimi ilə əlaqədar ölkədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub, hava nəqliyyatı isə tamamilə dayandırılıb. Hindistan daha əvvəl beynəlxalq uçuşları məhdudlaşdırmışdı.

Hindistan hökuməti martın 14-də COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib. İndiyədək Hindistanda 562 nəfər virusa yoluxub, 10 nəfər isə bu virus səbəbindən ölüb. Hökumət virus səbəbindən ölənlərin ailələrinə təxminən 5200 ABŞ dolları kompensasiya veriləcəyini açıqlayıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, artıq virus böyük şəhərlərdən orta və kiçik şəhərlərə yayılmağa başlayıb. Mütəxəssislər lazımi addımlar atılmasa, mayın ortalarınadək Hindistanda milyondan çox adamın COVID-19-a yoluxa biləcəyini proqnozlaşdırıb. Hindistanda koronavirusun yayılmasını sürətləndirə biləcək amillərdən biri də bəzi evlərdə dayanıqlı su təminatının olmaması səbəbindən sanitar-gigiyena vəziyyətinin aşağı səviyyədə olmasıdır.

Hindistanın karantin elan etməsi ilə dünyada COVID-19 pandemiyası ilə əlaqədar karantində olanların sayı 2,6 milyard nəfərə çatıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO