Hindistanda COVID-19 xəstələrinin sayı 794 minə çatır
Hindistanda son sutka ərzində koronavirusa daha 26 500-dən çox yoluxma halı qeydə alınıb.
Rakus.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən bildirilib.
Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 793 802 nəfərə çatıb.
Hazırda Hindistan xəstəxanalarında 276 685 nəfər müalicə alır, 495 512 nəfər sağalıb (son gündə 19 135 nəfər), 21 604 nəfər (son gündə 475) isə ölüb.
Yoluxanların sayının artmasına baxmayaraq, iyun ayının sonlarında səlahiyyətlilər təcrid rejimindən çıxmağın ikinci mərhələsini elan edib. Yeni qaydalara görə, koronavirusun yayılması zonaları elan olunan yerlərdə (xəstələrin sayı artmaqda davam edən yerlərdə) özünütəcrid rejimi iyulun 31-dək uzadılıb.
Xatırlada ki, Hindistan koronavirusa yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.