Hindistanda yağışlar nəticəsində 134 nəfər öldü
Hindistanın bəzi bölgələrində müşahidə olunan güclü musson yağışlarının törətdiyi fəsadlar nəticəsində son 3 sutkada ölənlərin sayı 134-ə çatıb.
Rakus.az xəbər verir ki, ən çox ölüm faktı Uttar Pradeş və Bihar ştatlarında qeydə alınıb. Şiddətli yağışlar sel və daşqınların, torpaq sürüşmələrinin yaranmasına səbəb olub. Pis hava şəraiti ilə əlaqədar bəzi şəhərlərarası qatarların hərəkəti dayandırılıb.
Ölkənin Meteorologiya Departamenti güclü yağışların növbəti 5 gündə də davam edəcəyini bildirib. Hindistanda musson yağışları adətən iyunun əvvəli başlayıb, sentyabrın 30-dək bitiridi. Amma bu il oktyabrın ortasınadək davam edəcəyi proqnozlaşdırılıb.
Təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması üçün qüvvələr səfərdər edilib. Su basan yaşayış məntəqələrinə əlavə nasoslar göndərilib.
Bihar ştatında orta məktəblərdə dərslər dayandırılıb. Uttarakhand ştatındakı Badrinat məbədində çıxılmaz vəziyyətdə qalan təxminən 4 min zəvvar 20 saatdan sonra hissə-hissə xilas ediliblər.