“Honda” elektrikli platformasını tanıtdı - FOTO
Şəhər heçbeki “Honda e” bu ilin oktyabr ayına Tokio motor-şousunda təqdim ediləcək. Bu, istehsalçının yeni arxa ötürücülü EV-platformasındakı yeganə modeli olacağı üçün “Honda” sıfırdan hazırladığı bu mexanizmi ətraflı təsvir etmək qərarına gəlib. Təsvirdən məlum olub ki, şassi elementləri kütləni azaltmaq məqsədilə döymə alüminiumdan hazırlanıb. Sərbəst asqılar isə dözümlülük, daha axıcı hərəkət və daha yaxşı idarəetmə əldə etmək üçündür. 35,5 kVt tutumlu batareya təkər bazasının mərkəzində yerləşdirilib. Akkumulyatorlar maye soyutmaya malikdir. O da qeyd olunur ki, platforma modullu deyil, yəni onu seçilən seqmentə uyğun uzatmaq və ya qısaltmaq, batareyasını böyütmək və ya mühərrik əlavə etmək mümkün olmayacaq.
“Honda” bundan sonrakı elektrokarların yalnız digər şirkətlərlə birgə layihələr çərçivəsində istehsal ediləcəyini bildirib. Brend hələ ki, bütün diqqətini hibridlərə yönəltmək fikrindədir.