Honkonq iflic vəziyyətinə düşdü - FOTO
Honkonqda keçirilən tətillər şəhəri iflic vəziyyətinə salıb.
Rakus.az xəbər verir ki, insanlar işə çıxmır, uçuşlar təxirə salınır.
Daha əvvəlki günlər hökumət əleyhinə nümayişçilər metro vaqonlarına girişi bloklayıb, sərnişinlərin giriş və çıxışlarına mane olub, səhər saatlarında nəqliyyatın hərəkətini çətinləşdirib.
Honkonqun Pekinin dəstəklədiyi lideri Karri Lam bildirib ki, etirazçılar şəhəri “son dərəcə təhlükəli situasiyaya” sürükləyirlər.
Lam aksiyaçıların istefa tələbini rədd edərək, hökumətin qanun və asayişi qoruyacağını bildirib.
Çinin nəzarəti altında olan bu şəhər aylardır nümayişlərə səhnə olub.
Polisin bəyanatında bildirilib ki, qeyri-qanuni toplaşmaq və hücumlara görə 20-dən çox etirazçı həbs edilib.
Bu nümayişlər ilk dəfə cinayətdə şübhəli bilinənləri mühakimə olunmaq üçün Çinə ekstradisiya edəcək qanun layihəsinə etiraz olaraq başlayıb.
Həmin qanun layihəsi təxirə salınıb, lakin etirazlar davam edir və demokratik islahatlar, habelə Pekinin ərazi üzərində nəzarətini azaltmasına çağırışa çevrilib.
Bu nümayişlər sabiq Britaniya müstəmləkəsinin 22 il öncə Çinə təhvil verilməsindən bəri ölkədə baş verən ən ağır sosial çaxnaşmadır.