Honkonqda hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
Rakus.az xəbər verir ki, aksiyaya səbəb Çin hökümətinin muxtariyyət ərazisində xüsusi xidmət orqanlarının hüquqlarını genişləndirilməsi olub.
Son məlumata əsasən, aksiya nəticəsində 200-ə yaxın etirazçı saxlanılıb.
Hadisəyə rəsmi Vaşinqtondan da münasibət bildirib.
Donald Tramp administrasiyası aksiya iştirakçılarına qarşı hərəkətlərinə görə Çinə qarşı sərt sanksiyaların tətbiq olunacağını istisna etməyib.
Xatırladaq ki, Çin rəsmiləri koronaviris pandemiyası ilə əlaqədar kütləvi nümayişləri qadağan edib.