İbrahim Kalın: “Cənubi Qafqaza sülh Qarabağda işğal qurtardıqdan sonra gələcək”
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla münaqişəsi ilə bağlı növbəti açıqlamasına münasibət bildirib.
Bu barədə İ.Kalın “Twitter” səhifəsində yazıb.
“Paşinyanın “Qarabağ məsələsinin diplomatik həlli yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur. Kimin müharibə istədiyi bəllidir. Bu Türkiyənin və Azərbaycanın haqlılığını təsdiq etmişdir: Cənubi Qafqaza sülh və tərəqqi ancaq Qarabağ işğaldan qurtulduqdan sonra gələcək”, – İ.Kalın qeyd edib.
Paşinyan’ın “Karabağ’da diplomatik çözüm yok” açıklaması, Ermenistan’ın niyetini ortaya koymaktadır. Kimin savaş istediği bellidir.
Bu, Türkiye’nin ve Azerbaycan’ın haklılığını teyit etmiştir:
Güney Kafkasya’ya barış ve istikrar ancak Karabağ işgalden kurtulunca gelecektir.— Ibrahim Kalin (@ikalin1) October 21, 2020